İLHAM ABDUYEV

Çevrilib getdin

... Nə vaxtsa

nəfəsinlə qızınmışam,

səsinlə titrəyib ürəyim.

Ayrılmışıq...

Ümidlərimiz

ürəyimizə qısılı qalıb.

Həsrətdənmi həsrətimiz

asılı qalıb?...

Ürəyim qan içindədi ...

Qəlbim alışıb yanır

Sən nə etdin?

Niyə, səssiz-səmirsiz,

Çevrilib getdin?

Görünməz, bilinməz

Bir ulduza çevrilib

Kəhkəşanlar içində

Yox olub itdin.

Niyə səssiz-səmirsiz

Çevrilib getdin?..