Suallar və arzular

Adınız:
E-poçtunuz:
Mesajınız:
Təhlükəsizlik kodu:
Kodu pəncərəyə daxil ediniz

Sevda Həmidova (Almaniya)

Sizin saytınız haqqında yaxınlarda xəbər tutdum. Bir dostum bəhs etdi, ziddiyyət çoxdur, amma öyrəniləcək bir çox məsələlər var dedi. Belə bir təqdimat marağıma səbəb oldu və sayta daxil oldum. Bunları yazmadan da mətləbə keçə bilərdim, ancaq səbəbi var deyə yazdım. Amerikalı rejissor Sem Mendesin “ Dəyişikliklər yolu”(“ Revolutionary Road”)filminə baxın sizə çox maraqlı olacaq. Dəyişmək, dəyişdirmək, cəsarətli olmaq... Hər kəsin yaşaya biləcəyi həyat deyil. Cəsarət açıqlayırsınız bu çox xoşuma gəldi və sizə simpatiyam yarandı. Hekayələriniz və şerləriniz çox gözəldir. Məqalələriniz mübahisəlidir və inciməyin eyni fikirlər belə var. Amma vacib olan bu deyil saytın yaratdığı təəssürat sizə simpatiya aşılayır. Mən Frankfurtda yaşayan bir azərbaycanlı kimi sizinlə qürur duydum. Təşəkkür edirəm Sizə və saytın yaradıcılarına.

P. S
Öyrənmək insana zövq verir. Siz bunu bacarırsınız.


Oktay Azer (Kanada)

Salam İlham bəy, necəsiniz?
Mən keçən dəfə sizə məktub yazmışdım “ Azərbaycan” layihəsi ilə əlaqədar olaraq. Sizin saytda layihəni bir müddət görmədik onun üçün çox narahat olduq. Yenidən əlavə etmisiniz üstəlik Qarabağ saytı da yaratmısınız. Sizə bütün qəlbimizlə təşəkkür edirik. Çox sağ olun, min yaşayın. Səbirsizliklə gözləyirik. Biz eyni zamanda digər diaspora təşkilatlarına xəbər vermişik sizin layihələrinizlə bağlı.


Vasiliy Kuraşov (A.N. Belozerski adına Fizika, Kimya və Biologiya Elmi-Tədqiqat İnstitutu, Moskva)

Salam İlham Muxtaroviç!
Mən sizin saytdakı materiallarla tanış oldum və bundan böyük həzz aldım. Sizin bacarığınıza və gözəl məqalələrinizə heyranam. Ümid edirəm ki, gələcəkdə də sizin yaradıcılıqla tanış olmaq imkanı olacaq.

Ən səmimi arzularla,
Vasiliy Kuraşov
Biologiya elmləri namizədi


Conatan Endryus (ABŞ)

Hörmətli cənab İlham
Sizinlə olan əməkdaşlığımız çox xoşdur. İnanıram ki, birgə əməkdaşlığımız tərəflər üçün faydalı olacaq. Sizin məqalələrinizlə tanış oldum. “Quranın yandırılması dünya dinlərinə qarşı bir cinayətdir” məqalənizi təqdir edirəm.
Fikrimcə milliyyətindən asılı olmayaraq bunu edənlər insanların inanclarına qarşı hörmətsizlik göstərmişlər. Sizə yeni yaradıcılıqlar. Fikirlərinizi dünyaya çıxartdığınız üçün təşəkkürlər.


Oktay Azer (Kanada)

Salam İlham bey,
Kanadada yasayan Azerbaycan Medeniyyet Merkezi adinda yaziriq bu mektubu. Ilk once Novruz bayraminiz mubarek. Biz sizin saytinizda olkem azerbaycan layihesi haqda oxumusduq ve cox sevinmisdik. Inanin ki, sizin haqqinizda burda her kese danismisdiq ve sayti gostermisdik ve cox sevinmisdik. Bu layihe heyata kecherse bizim kimi teskilatlar dunyada olkemizin tanidilmasi istiqametinde sizin sayeneizde boyuk islher gormush olar. Son gunler baxiriq bu layihe artiq saytda yoxdur. Biz cox narahat olduq, ne bash verir bu layihe olmayacaqmi????? Xahish edirik bununla bagli bize bir melumat veresiniz.

Cavab: Salam Oktay bəy. İlk öncə məktubunuza görə, yazdığınız isti sözlərə görə sizə təşəkkür edirəm. Məktubunuzu səfərdə olduğum üçün gec cavablandırdım. Səfərdən dönən kimi ilk işim oxucuların məktublarını cavablandırmaq olub.
Doğma Azərbaycan haqda ərsəyə gətirmək istədiyimiz Ölkəm Azərbaycan layihəsi bizim üçün çox şərəfli və məsuliyyətli bir işdir. Bu işin çətin və məsuliyyətli olmasına baxmayaraq sizi əmin edirik ki, bu layihə yaxın gələcəkdə siz oxuculara təqdim olunacaq.

Hörmətlə,
Abduyev


Natalie Wassermann (Köln, Almaniya)

Günortanız xeyir olsun, cənab Abduyev
Dünən sizin sayta girib “Fikirlər” bölməsinə girdim ki, müdriklərin bəzi faydalı ifadə və kəlamlarını oxuyum.

Mənim diqqətimi bu kəlam çəkdi:

“Hər kəs özünü ağıllı hesab edir, ancaq ən ağıllı olan belə ömrünün sonunda dərk edir ki, axmaq olaraq qalıbdır”.

Bəli, çox gözəl kəlamdır. Ola bilsin ki, Çin kəlamıdır. Lakin mənim üçün bu aydın deyil ki, nə səbəbdən “ən ağıllı olan belə ömrünün sonunda dərk edir ki, axmaq olaraq qalıbdır”. Bunu izah edə bilərsinizmi?

Cavab: Salam. Saytımızı diqqətlə izlədiyinizə görə sizə təşəkkür edirəm. Əminəm ki, saytımızdan müəyyən qədər olsa da yararlana bilirsiniz. Sualınıza isə səfərdə olmağımla əlaqədar olaraq gec cavablandırdım. Kəlama gəldikdə isə bu kəlam öz orijinal fikrimdir. Mən həqiqətdə bəzi insanların bu dünyada neçə mənasız yaşamaları və ancaq ömürlərinin son dəqiqələrini yaşayarkən həyatlarının mənasız, axmaqcasına yaşamaqlarınmı dərk edərək peşman olduqlarını bu kəlamla lakonik şəkildə bildirmək istəmişəm. Çox məmnunam ki, sizə və bir çox oxuculara maraq oyadır və bununla bağlı sualları cavablandırdığım üçün çox şadam.

Hörmətlə,
Abudyev


Zöhrab Ağayev (Perth, Qərbi Avstraliya)

Salam cənab Abduyev!
Sizə uzaq Avstraliyadan yazıram. Qərib ölkədə yaşayanda vətən haqqında istənilən məlumatı oxumaqla özümüzə təsəlli tapırıq. Bu işdə sizin saytınız da bizlərə yardımçı olur. Yazılarınızı böyük maraqla oxuyuruq. Amma istərdik ki, öz saytınızda “Diaspora” rubrikasını açıb, xaricdə bu və ya digər səbəblərdən məskunlaşmış həmvətənlərin problemlərini orada əhatə edəsiniz.

Dərin minnətdarlıqla,


Sübhan Ələkbər-zadə (Uppsala, İsveç)

Salam hörmətli cənab İlham Abduyev
Mən hazırda İsveçdə yaşayan Təbrizdən köçmüş Azərbaycanlıyam. İnqilabdan sonra biz buraya pənah gətirdik. Özünüz yaxşı bilirsiniz ki, azərbaycanlıların vəziyyəti İranda o qədər də yaxşı deyil. Mən istərdim ki, siz öz saytınızda İran Azərbaycanına həsr edilmiş yazıları da yerləşdirəsiniz. Sizin məqalələriniz, yazılarınız ancaq qlobal səviyyədə yazılıb. Siz millətçilik ruhunda az yazırsınız. Çalışın ki, bizləri də unutmayasınız. Axı biz də azərbaycanlıyıq, eyni qandanıq.

Hörmətlə,


Kevin MakKenzi
Jurnalist, “The Free Press” (Britaniya Kolumbiyası. Kanada)

Hörmətli cənab Abduyev,
Keçən həftə mən sizin vebsayta girdim və aşağıdakı ifadəni oxudum.
“Sənin əzizlərinin hamısı dənizdə boğularkən, sən əlindəki kəndiri hansı əzizinə atardın? - Bilmirsən? Mən əlimdəki kəndiri heç bir əzizimə atmazdım. Mən özümü onların yanına atardım”
Çox mənalı sözlərdir. Soruşa bilərəmmi, bunlar kimə aiddir?. Doğrudanda əgər sənin yaxınlarından bir neçəsi çətin vəziyyətə düşürsə və sən yalnız birinə kömək edə bilirsən, onda yaxşısı budur ki, heç birinə kömək etməyəsən və özünü onların yanına atasan. Bu ədalətli qərar olardı. Ancaq bizim cəmiyyətdə heç də bütün insanlar belə düşünmür. Hər yerdə eqoizm üstünlük təşkil edir. Lakin yaxşı ki, siz də bu nəcib fikirlərə şərik çıxırsınız.

Sizə uğurlar,


Həmid Əl-Xürrəm (Madaba, İordaniya)

Hörmətli cənab İlham Abduyev!
Mən bu yaxınlarda sizin “Teleqoniya. Təmizlənmə üsulu varmı” adlı məqalənizi oxudum.
Bir müsəlman ölkəsində yaşayaraq bu məqalə məni çox maraqlandırdı. Əvvəlcə mən məqaləni adından başa düşmədim: “fikirləşdim ki, görəsən teleqoniya nə deməkdir”. Lakin məqaləni oxuduqdan və lüğətdən bu sözün mənasını oxuyub başa düşəndən sonra mən bir daha sizin Quranın dərin biliklərinə malik olduğunuza heyran qaldım. Bəli, bu böyük Allahdır ki, həyatda hər şeyi qabaqcadan görür və burada əks olunan cinsi münasibətlər də bir daha onu sübut edir ki, müsəlmanlar üçün əxlaq böyük dəyərə malikdir. Allahdan heç nəyi gizlətmək olmaz.
Öz növbəmdə sizə öz saytınızda belə məsələlərə toxunduğunuza görə minnətdarlığımı bildirirəm.
İcazə verin sizə fəaliyyətinizdə uğurlar arzulayım.


[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19]