Suallar və arzular

Adınız:
E-poçtunuz:
Mesajınız:
Təhlükəsizlik kodu:
Kodu pəncərəyə daxil ediniz

Fuad Hacıyev (Bakı)

Dəyərli İlham müəllim! Bir ildir ki ictimai fəaliyyətinizlə tanış bir insan kimi sizi təbrik edirəm. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm, inanıram ki digər soydaşlarımız da sizin gördüyünüz işlərlə tanışdır və sizə böyük hörmət bəsləyirlər. Gələcək həyatınızda sizə çoxlu uğurlu layihələr arzulayıram. Bir daha doğum gününüz mübarək deyirəm!
Dərin hörmətlə, Fuad Hacıyev


Elmar Məmmədov (Bakı)

Hörmətli, İlham bəy!
Ad gününüz mübarək olsun, ömrünüz hər zaman belə xoş və gözəl günlərlə dolu olsun. Gələcək fəaliyyətinizdə sizə müvəffəqiyyətlər arzulayıram.


Aytən İsgəndərli (Norveç)

Aytən İsgəndərli
Cənab İlham müəllim!!! Sizi səmimi qəlbdən salamlayır, doğum gününüzü təbrik edirəm. Firəvan və xoş ömür sürməyinizi arzulayıram.
Hörmətlə, Aytən İsgəndərli - Norveç


Sevinc Teymurlu (Bakı)

Hörmətli İlham Abduyev!!
55 illik yubleyinizi təbrik edir, sizə işlərinizdə uğurlar arzulayıram. O gün olsun ki, 100 illiyinizi qeyd edəsiniz. Sizə xoş və mənalı günlər arzulayıram.


Afət

Salam İlham müəllim!
Sizi doğum gününüz münasibətilə təbrik edir, sizə uzun ömür can sağlığı arzulayıram!
Hörmətlə, Afət


Elman Əlibəyli (Berlin)

Salam, çox hörmətli İlham müəllim
Bu məktubu sizə doğma Azərbaycandan uzaq qəriblikdən, Almaniyadan yazıram. İndiyədək bir neçə dəfə rəhbərlik etdiyiniz saytların ünvanına yazmışam. Lakin sonuncu proyektinizdən sonra (azərbaijanphoto.com-u nəzərdə tuturam) şəxsən sizin özünüzə yazmaq qərarına gəldim. Çünki həmin saytdakı fotolar, xüsusilə öz rayonumuzun, kəndimizin, uşaqlığımı, yeniyetməliyimi keçirdiyim doğma yerlərin fotolarını görəndə bir qədər sentimental olduğum üçün həm sevindim, həm də kövrəldim. O anda məndə elə hisslər oyandı ki, sözlə heç cür izah edə bilmirəm.
İlham müəllim, mən ardıcıl olaraq sizin fəaliyyətinizi izləyirəm. Tərcümeyi-halınız, duyğulu qələm sahibi, alim-ziyalı və imanlı bir müsəlman olduğunuz barədə şəxsi saytınızdan kifayət qədər məlumat ala bilmişəm. Mənim də bir zamanlar çox çətinliklərlə üzləşdikdən sonra özüm üçün çıxardığım bir nəticə var idi və təxminən sizin fikrinizlə üst-üstə düşürdü: “Həyat heç də göründüyü kimi deyil”. Bəlkə də yaş fərqimizə baxmayaraq elə eyni cür düşündüyümüzə görə sizi özümə bir az da yaxın, bir az da doğma hesab edirəm və sizinlə səmimi olmağa, fikirlərimi bölüşməyə can atıram.
Hörmətli İlham müəllim, mənimlə razılaşarsınız ki, insan istənilən bir hadisəyə onun axarında deyil, kənarda olanda daha düzgün qiymət verə bilir. Mən də Almaniyaya gələndən sonra çox şeyləri, xüsusilə Azərbaycanda baş verən prosesləri kənardan müşahidə etməyə çalışırdım. İlk gəldiyim nəticə bu oldu ki, bizim fəaliyyətimizdə, öz haqq səsimizi dünyaya çatdırmaqda nəsə çatmır. Zaman-zaman dərk etdim ki, bu “çatışmazlıq” bizim birliyimizdə, vətən qarşısında məsuliyyətimizi dərkimizdədir. Xaricdə yaşayan bir azərbaycanlı üçün belə bir həqiqətlə üzləşmək, inandırım sizi, mənə çox ağır gəlirdi.
Nəhayət bir gün yaxınlarımdan biri tezliklə Azərbaycan haqqında ensiklopedik bir sayt açılacağını mənə xəbər verdi. Açığı, əvvəlcə bunun o qədər də effekt verməyəcəyini düşündüm. Çünki natamam, yarıtmaz şəkildə mövcud olan bir-iki belə zəif saytla tanış idim. Amma sonradan biləndə ki, bu sayt 7 dildə açılacaq artıq məndə maraq yarandı və səbirsizliklə saytın açılmasını gözlədim. Hətta bu barədə tanıdığım, bildiyim adamlara da xəbər göndərmişdim.
Azerbaijans.com saytının açılışı mənim üçün çox əlamətdar hadisələrdən biri oldu. Ölkəmiz haqqında 7 dildə bu qədər geniş bir informasiya bazasının yarandığını görəndə həqiqətən də ürəyim dağa döndü. İnanın ki, hər bir bölməni acgözlüklə oxuyurdum. Elə bil birdən-birə Azərbaycanın ortasına düşmüşdüm.
Bir neçə gün saytı oxumaq, şəkillərə baxmaq, maraqlı məlumatları özüm üçün qeyd etmək əsas işim oldu. Saytın almanca da olması əlimə yaxşı fürsət vermişdi. Ətrafımda olan almanların hamısına Azərbaycan, onun mədəniyyəti, incəsənəti, tarixi, təbiəti, ziyalıları, uğurları barəsində ağızdolusu, ürəklə danışırdım. Elə bil xüsusi enerji, stimul, təəssübkeşlik verilmişdi mənə. İnandırım sizi, sayt mənim üçün əsl silaha çevrilmişdi. Ürəyimin dərinliyində bir arxayınçılıq, bir rahatlıq yaranmışdı. Neçə vaxtdan bəri yalnız indi özümü qədim və zəngin bir torpağın oğlu hesab edirdim. Nəhayət filmlərimiz, tamaşalarımız sayta yerləşdiriləndən sonra, onlayn televiziya, radio fəaliyyətə başlayandan sonra hər axşam ailəmlə oturub ya filmləri seyr edirik, ya da şirin-şəkər musiqilərimizi dinləyirik. Mənim yaşadığım hissləri yəqin ki, doğma el-obasından uzaq düşən insanlar daha yaxşı hiss edə bilər.
İlham müəllim, mənim üçün ən unudulmaz günlərdən biri də Qarabağ haqqında saytın açılışı oldu. Mənim əvvəllər burda yaşayan müxtəlif millətdən olan yoldaşlarla Qarabağ həqiqətləri barədə söhbətlərim, hətta bəzən mübahisələrim də olurdu. Amma əlimdə tutarlı faktlar olmadığı üçün (özü də almanca) özümü hərdən aciz hesab edirdim və bu halımdan bərk əsəbiləşirdim. Axır ki, sizin sayənizdə bu bəladan da qurtardım. Bu sayt açılandan sonra çoxlarını inandıra bildim ki, Qarabağ bizim əbədi və tarixi torpağımızdır.
Nəhayət bu son, azərbaycanphoto.com saytı mənim lap ürəyimcə oldu. Azərbaycan haqqında nə qədər oxusan da, mütaliə etsən də öz gözlərinlə görməyin, seyr etməyin yerini heç nə vermir. Saytda əvvəlcə öz rayonumuzu, sonra da kəndimizi axtarıb tapdım. Çoxdandır o yerləri görmədiyimə görə, inanın ki, həyəcandan bütün bədənim titrədi. Qəribədir, həm bərk darıxdım, həm də necə deyərlər doğma yerlərə baxıb gözümün qurdunu öldürdüm. Açığını deyim, hələ kövrəldim də. Bu şəkillər xəyalımı, bilsəniz haralara çəkib apardı...
Əziz İlham müəllim, bütün bu keçirdiyim hissləri sizinlə bölüşməkdə əsas məqsədim sizə dərin minnətdarlığımı bildirməkdir. Nə yaxşı ki, Azərbaycanın sizin kimi vətənpərvər, ölkəsi, dövləti, xalqı, mədəniyyəti, tarixi ilə fəxr edən bir övladı var. Məncə, bu işdə sevmək azdır, sizin kimi zəhmətlərə qatlaşıb, iş görmək gərəkdir. Məni düzgün başa düşün, bəlkə də bu cür layihələr Azərbaycanda yaşayanlardan daha çox, bizə, xaricdə yaşayan azərbaycanlılara lazımdır.
Hörmətli İlham müəllim, mən bəlkədə cox geniş yazdım buna görə üzrlü hesab edin amma çoxdandır ki, heç kimlə dərdləşə bilmirdim. Mən inanıram ki, vaxt gələcək Azərbaycan bütün dünyada öz sözünü deyib, ən qüdrətli dövlət olacaq. Bax onda, Sizin bu işlər uğrundakı fəaliyyətiniz öz layiqli qiymətini alacaq və hamı sizi təqdir edəcək. Əminəm ki, bu gün çox da uzaqda deyil. Sizə ailəmin adından da təşəkkürümü bildirirəm oğlum, qızım sizin pərəstişkarınızdırlar. Nə zaman Almaniyaya yolunuz düşsə burda bir eviniz var. Bir daha çox sağolun.

Cavab: Hörmətli Elman Əlibəyli,
Mənə ünvanladığınız səmimi, xoş sözlər üçün sizə şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Bir azərbaycanlı olaraq sizin yaşadığınız ölkədə Azərbaycan üçün əlinizdən gələni etməyə can atmağınız məni həddindən artıq məmnun etdi. Həqiqətən də, dövlətimizi və ölkəmizi xaricdə layiqincə tanıtmaq və sevdirmək nəinki indi, bütün zamanlarda bizim üçün ən ümdə vəzifə olmalıdır. Bu işdə dünyanın bütün azərbaycanlıları birləşməli və birgə addımlamalıdır.
Bir daha Sizə minnətdarlığımı bildirirəm və timsalınızda bütün azərbaycanlılara uğurlar, həmrəylik arzulayıram.
Hörmətlə İlham Abduyev


Azad Piriyev (Bakı)

Hörmətli İlham müəllim, doğum gününüz mübarək olsun! Sizə möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram.


Kamil Əliyev (Bakı)

Hörmətli İlham müəllim! Doğum gününüz münasibətilə isiz təbrik edirəm!
Siz yaradıcı, məqsədyönlü fəaliyyətinizin bütün dövrlərində öz istedadınızı, təcrübə və enerjinizi ölkəmizin maraqlarına təmənnasız xidmətə həsr etmisiniz. İnanırıq ki, bundan sonra da həyata keçirdiyiniz layihələr və gördüyünüz işlər ölkəmizin tanıdılmasına yönəlik olacaq.
Hörmətlə, Kamil Əliyev


Mətanət (Bakı)

Ilham bəy, doğum gününüz mübarək!
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, nəzərdə tutduğunuz planların həyata keçirilməsi üçün tükənməz enerji, işinizdə uğurlar arzulayıram.


Teymur Musayev (Bakı)

Çox hörmətli İlham müəllim!
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin! Sizin Azərbaycanın tanıdılması istiqamətindəki səyləriniz ən dərin hörmətə layiqdir. Sizin yaradıcı enerjiniz və məqsədyönlü fəaliyyətiniz sayəsində ölkəmiz daha da yaxından tanınır. İşlərinizdə bir daha uğurlkar arzulayıram və gələcək layihələrinizi səbirsizliklə gözləyirik!


[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19]