Suallar və arzular

Adınız:
E-poçtunuz:
Mesajınız:
Təhlükəsizlik kodu:
Kodu pəncərəyə daxil ediniz

Samir Zeynallı (Böyük Britaniya)

Mən Kembric Universitetində təhsil alıram. Bu yaxınlarda dostlarım sizin sayt barədə məlumat verdilər məndə baxdım. Təccüb yaradacaq bir saytdır. İlk baxışdan mənə müsbət təsir bağışladı. Sadə və elitar dizaynı var. Yazılarınızın bəzilərin oxudum amma ingils dili varinatını. Fikirlərinizi sizin özünüzlə oturub söhbət etmək daha maraqlı olardı.Mənim bir çox sullarım yaranır oxuduqca amma burdan sualla müraciət edib alacağım nəticə məni qanə etməyəcək. Sizə bir təklifim var video bölümünüzdə fikrlərinizi canlı verib və diskusiya klubu yarada bilərsiniz, canlı olaraq. Son olaraq deyim ki, sayta görə çəkdiyiniz əziyyətə dəyər.


Aylin (İsveç)

Mən İsveçdə yaşayıram və hər bir zaman Azərbaycan diasporası ilə yaxından əməkdaşlıq etmişəm.Bakıdakı bir dostumdan bir musiqili şer diski istədim ki, burada qulaq asım buradakı bayağı musiqilərə qulaq asmaqdansa, şer dinləmək mənim daha çox xoşuma gəlir.O, isə öz növbəsində mənə sizin saytın ünvanını verdi.Açığı mənə bu qədər zövq verən şer və onun səslənişi olmamışdı.Bu şerləri özünüz yazmısınız? Əgər özünüz yazmısınızsa Sizin böyük ürəyiniz var. Sizə eşq olsun.
Uğurlar.


Ruhəngiz (ABŞ)

Cənab Abduyev, Ən yüksək səviyyədə, gözəl sayt yaratmısınız. Fikirlərinizi paylaşdığınız üçün sizə təşəkkür edirəm, onlar insanı ruhlandırır və çox obyektiv görünürlər. Mən ümid edirəm ki, çoxlarını bu məqalələr yaxın gələcəkdə daha çox təsirləndirəcək.


Bayram Əhmədzadə (Gəncə)

İlk öncə saytınızın zengin materilallarına görə Sizə təşəkkür edirəm. Fikirlər bölməsində məni ən çox düşündürən fikir bu “Hər birimizin maddi imkanı artdıqca, həll etməli olduğu problemləri də çoxalır” oldu. Mənim Sizə belə bir sualım var - Nə üçün insanın maddi imkanı artdıqca problemləri də çoxalır?

Cavab: - Hörmətli Bayram Əhmədzadə sualınıza cavab olaraq bildirmək istərdim ki, insanın maddi imkanın artmasının ona yeni problemlər və qayğılar gətirməsi təbii bir haldır. Maddi durumu yaxşılaşan insan artıq özü haqqında deyil, onu əhatə edən yaxınları və ümumiyyətlə insanlar haqqında düşünməyə başlayır, yəni konkret olaraq əldə etdiyi maddi imkan ona digər insanlara yardım etməyə imkan verir.Məhz həmin vaxt problemlər və qayğılar daha da çoxalmağa başlayır.


Bəhram Nəbiyev (Minsk)

Salam Ilham Abduyev, saytınız çox xoşuma gəldi. Google – da ailə, məhəbbət, düzgünlük sözlərini axtarişa vermişdim və sizin saytınız çıxdı qarsima. Mənə sizin “20 il sonra” məqaləniz çox təsir etdi. Mən özümdə elə bir həyat yaşamışam, amma 20 il deyil, 4 il.Sonra mən Bakıdan çıxıb getdim. Həmişə düşünürdüm ki, ayrılmaqla düz etmişəm, yoxsa səhv. İndi bu məqalədəki bir soz mənim düzgün qərar verməyimi göstərdi.
(Bir də ki, qəlbində iyirmi illik keçmiş yükləri daşıyan bir qadını daha nə qədər müddətə öz bağrıma basa bilərdim? Mən hələ nə qədər illər belə yaşamalı olacaqdım...)

Sual: Sizdən soruşmaq istədiyim odur ki, belə hekayəni siz şəxsi həyatınızda yaşamısınızmı? Çünki bunu yaşamadan yazmaq mümkün deyil. Hətta siz yox desəniz belə, inanmaram. Amma belə hekayələr yazan birinin yalan deyəcəyinə də inanmıram,cavabınızı gözləyəcəm.

Cavab: Hörmətli Bəhram Nəbiyev! Əvvəlcə söylədiyiniz xoş sözlərə görə sizə öz minnətdarlığımı bildirirəm.Verdiyiniz suala cavab olaraq söyləmək istərdim ki,
xeyr, konkret olaraq şəxsi həyatımda belə bir hadisə ilə üzləşməmişəm.Lakin istənilən insan öz həyatında müxtəlif emosional stresslər və duyğular keçirir.Məhz hər bir insana aid olan həmin hisslər və müxtəlif həyat müşahidələrim hekayələrimin, şeirlərimin ilham mənbəyidir. Saytım vasitəsilə Sizin kimi maraqlı oxucularla tanış olduğuma görə çox məmnunam!


Emin Abbasov (Bakı)

Çox hörmətli İlham müəllim!
Sizin saytla tanışlıq sayəsində bir çox məlumatlar əldə etdim.Çox dəyərli fikirləriniz var.Müəllifi olduğunuz kitablarlı da oxumuşam.Çox bəyənirəm.İçərilərində ən çox bəyəndiyim isə "Dostuma məktublar" kitabıdır.
Sizə gələcək işlərinizdə uğurlar və həmişə irəlidə olmağı arzulayıram!!!


Vahid (Paris)

Sizi qiyabi tanıyırdım, mənə sizdən dostum bəhs etmisdi. Gənc və yaradıcı adamlara dəstək olduğunuzu bilirdim və sevinirdim ki, həyatda belə insanlar var. Amma bu dəfə saytınız haqda xəbər aldım və bir qədər yaxından tanış olandan sonra ilk təsərrüatım bu oldu ki, siz həm də dəyərli bir fikir adamısınız. İnşallah yaxınlarda Bakıya gələcəm sizinlə mütləq görüşmək istərdim. İmkanınız olarsa yazılarınızla bağlı fikir mübadiləsi aparardıq. Mən Parisdə yaşayıram və oxuyuram. Buradan sizə nə kömək edə bilərəmsə çəkinmədən deyə bilərsiniz.


Fərid Bayramov (Azərbaycan - Bakı)

Sizin saytınızı təsadüfən Emin Abbasovda gördüm və çox bəyəndim.Mən Sizə böyük rəğbət və hörmət bəsləyirəm! Həyatda Sizə ən böyük arzum: hər zaman belə mükəmməl və alicənab qalasınız!!!


Rafət Osmanlı (Bakı)

Saytınızla tanışlıq məni düşündürüən bir çox suallara cavab tapmağa kömək etdi. Məsəslən, “Şüur ruhdadır” məqaləsini oxudum və bir çox mübahisəli məsələlərə aydınlıq gəldi. Açığı bu məqalədəki insan ruhunun kənardan cismini müşahidə etməsi və daha sonra komadan ayıldıqda baş verənləri xatırlaması şüurun ruhda olmasını təsdiqləyir. Çox sadə və məntiqli analizdir. Sizi saytın açılması ilə bir daha təbrik edirəm.
Uğurlar...


Ruslan Mustafayev (Bakı)

Sizin saytla yeni tanış oldum, əslində mənə lazım olan bir çox məlumatlar burada olduğundan, bu sayt mənim çox xoşuma gəldi.Hər- hansı bir məlumatı axtardığım zaman daxil olduğum saytların zəif işləməsi, lazım olan məlumatı əldə etməyə maneçilik yaradır.Lakin sizin saytın imkanaları mənim xoşuma gəldi.Çalışacağam ki, saytınız haqqında hamıya məlumat verim.
Sizə uğurlar!


[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19]