Suallar və arzular

Adınız:
E-poçtunuz:
Mesajınız:
Təhlükəsizlik kodu:
Kodu pəncərəyə daxil ediniz

Sinan Çətin (Türkiyə)

Salam İlham bəy!
Çox heyranedici məqalələriniz var. İsa Peyğəmbər haqda yazınızı oxudum, çox təcübləndim. Cəsərətli addım atmısınız. Elm adamlarının yazmadığını siz yazmısınız.


Bella Tipoqraf (İsrail)

Hörmətli İlham,
Sizə yaradıcılığınıza görə təşəkkür edirəm.
Sizin şerləriniz insanın qəlbinə yol tapır,birinci səhifədə yer almış fikirləriniz isə ağılı oxşayır.
Sizə uğurlar.



Elxan Məmmədov (Bakı)

Hörmətli İlham müəllim!
Sizin sayta girib oradan maraqlı məlumatlar əldə etdim. Saytınız geniş və maraqlı olduğu üçün onu tam nəzərdən keçirmək bir günün işi deyil. Mən xüsusilə dünən sizin "Ssenari" adlı hekayənizi axıra kimi maraqla oxudum, çünki gənclərin talelərinin necə olacağını bilmək istəyirdim.
Belə maraqlı yazılar üçün Sizə "sağ olun" deyirəm.
Sizin saytı izləməkdə davam edəcəm.


Dr.Alojz (Çexiya)

Cənab İlham
Bu günlərdə maraqlı bir hadisə oldu. Mənim yazıişləri müdirim Cavid bey mənə son günlər yorğun olduğumu söylədi və bir az dinlənməyimi məsləhət gördü. Və mənə arada www.abduyev.com saytını izləməyimi məsləhət gördü. İlk olaraq çox rahat insanı yormayan bir dizayn gördüm. Sonra bir çox məqalələrinizin başlıqlarını oxudum. Və nələrdən danışmaq istəməyiniz məni maraqlandırdı. Filosofiya, din, insanlar, tanrı, yer kuresi bu mövzularda olan bütün yazılar hər zaman müəlliflərin özünə məxsus arasdırmaları ilə seçilir. Amma sizin yazılarda mən təkçə sizin fikrlərinizi deyil elə bil başqa planetdən gələn fikrlərdə gördüm əlbəttə ki, bütün bunlar sizin fikrlərdir sadəcə mən bəlkə heyrətlənməyimi səmimi göstərmək üçün bu kəliməni seçdim.
Saata baxırıq – baxırıq və xəbər alırıq: vaxt, sən hara belə axıb gedirsən? Axı irəlidə o qədər görüləsi iş qalıb ki... ( Zamandan kənar həyat) məqaləsi. Sizin görüləcək işləriniz çoxdur saata baxmayın lütfən məndə artıq bu yazını oxuyandan sonra saata baxmıram.


Tuncay, Mətin (Türkiyə)

Salam, İlham bəy,
Biz sizin məqalələrinizi oxumuşuq və uzun zamandan bəri biz dostlar ilə onları birlikdə müzakirə edirik. Bunu demək olmaz ki, biz sizin fikirləriniz ilə tamamilə razıyıq, ancaq onlar müzakirə etmək üçün maraqlıdır. Sizin dini fikirləriniz bəzən fanatik görünür. Əlbəttə, hər kəsin öz münasibəti var, ancaq siz alimsiniz. "Yaşadığımız həyatın həqiqi qanunları" məqaləsində valideynlər və uşaqlar arasında münasibətlər barədə sizin fikirləriniz mənim çox xoşuma gəldi. Uzun vaxtdan bəri bəşəriyyət kosmos barəsində fikirləşir. Bunun haqqında neçə fikir var? Sizin "Varlıq və varlıqlar haqqında" məqalənizdə siz bu mövzuya çox müvəffəqiyyətlə toxunursunuz.

Cavab: Salam Tuncay və Metin bəy.
Öncə sizə saytla tanışlığa vaxt ayırıb diqqətlə oxuduğunuza görə təşəkkürümü bildirirəm. Sizin kimi dəyərli alimlərin, müəllifi olduğum məqalələri  incələməsi və fikirlərini   bölüşməsi  məni çox sevindirdi. Mənim saytı yaratmaqda və bu məqalələri yazmaqda məqsədlərimdən biridə gerçəklərin ortaya çıxmasıdır. Və buna görədə daha çox  sizin tərfədəndə mübahisəli fikirlərin olması mənim üçün önəmlidir. İnşallah fikirləriniz söylədiyiniz kimi daha ətraflı və detaylı yazandan sonra mən sizinlə sevə-sevə fikir tartışması apararam.


Tariyel Babayev (Azərbaycan-Bakı)

Salam İlham bəy!
Acığı mən son zamanlar çox pessimis olmuşdum, Sizin sayt məni həyata yenidən bağladı desəm heç də yanılmaram. Sizin saytı təsadüfən google-də axtarış zamanı gördüm. Düzü elə bil Allah bu saytı mənim qarşıma bilərəkdən çıxartdı. Mən möcüzələrə inanırdım amma belə xoş təsadüfə inanmazdım. Çox təəccübləndim, nə isə başınızı ağrıtmayım...
Saytınızdakı məqalələriniz məni həyata yenidən bağladı. Artıq Allaha bağlılığım oxuduğum yazılarınızın sayəsində birə-beş artdı. Eşq olsun Sizin kimi hərbçilərə.
Azərbaycan Sizinlə fəxr etməlidir ki, onun belə zabitləri var.
Zabit olub, belə duyğuları məqalədə əks etdirmək çox mükəmməllik və məharət tələb edir. Sizin məharətinizə vuruldum. Sizi daim izləyəcəm....

Böyük hörmətlə.


Qəmər Cavadlı (Bakı)

Salam, İlham müəllim! Bilmirəm "müəllim" ifadəsi bizim aramızda keçərlidirmi? Uzun müddətdir ki, çox böyük diqqət və səbirlə saytını oxuyuram. Daha böyük qayğı və narahatlıqla nə deyəcəyimi düşünürəm. Mən hesab edirəm ki, biz uzun illik tanışlığımız dövründə bir-birimizə az-maz da olsaq bələdik - müəyyən mövzularda polemikalarımız, mübahisələrimiz olsa da xoş görünmək naminə riyakarlıq etməmişik. İndi də tam riyasız və boyasız fikirlərimi çatdırmağı qərar vermişəm.Əvvələn, səni təbrik edirəm! Amma saytına, nə bilim dizaynına və s. görə deyil, Cəsarətinə və Ləyaqətinə görə! Bu iki keyfiyyət bizim əsrdə hər kişidə tapılan keyfiyyətlərdən deyil, buna görə səni təqdir etməyə dəyər. Açığını deyəcəyəm: ELMİ YARADICILIĞInı bir kənara qoydum, əminəm ki,bu sahədə professionalsan. MƏQALƏLƏRİini mübahisəli hesab edirəm - ələlxüsus dini araşdırmalarını. FİKİRLƏRin normaldır, amma fövqəladə deyil. NƏSRin maraqlıdır, söz mədəniyyətin yüksək olsa da yazı tərzin mükəmməl deyil. (Çox istərdim biləm - sənin sevimli yazıçın kimdir?)ŞERLƏRİNİ bəyəndim. Bəyəndim ifadəsi yerinə düşməz,bəlkə şerlərin məni sarsıtdı desəm inanarmısan? Hərçənd ki, poetik axsamalar hiss olunur, amma sənin məqsədin ürəyinin ağrısını, gözünün yaşını,ruhunun acısını çatdırmaq olubsa - təbrik edirəm, sən buna nail olubsan! Sən fikir poeziyasını davam etdirmisən ki, bu janrın da gözəl nümunələrini N.Hikmət,O.Vəli,R.Rövşən nə zamansa yaradıblar.Məncə bütün elədiklərin- səhvindən, düzündən asılı olmayaraq, çox maraqlı və çox dəyərlidir.Hər şeydən əvvəl ona görə ki, sən bizim əsrin bu palçıq çamuru içində bir parça günəşi içində qoruyub saxlamısan. Dövrümüzün ziyalılığının çox az təsadüf edilən mənəvi zənginliyi və daxili narahatlığı sənin yaradıcılığına sirayət edir.Bir daha ehtiramımı qəbul et.


Nazim (Bakı)

Novruz bayramınız mübarək. Allahdan Sizə uzun ömür, can sağlığı və ailə səadəti diləyirəm. Sizin kimi maraqlı və qeyri-adi insanlar digərləri üçün mayak rolu oynayır. Həmişə öndə olmağınızı və yeni yüksəkliklərə qalxmağınızı arzu edirəm.


Vüqar (Bakı)

İlham müəllim! Sizi və ailənizi bayram münasibəti ilə təbrik edirəm. Sizə oğulun ataya, kicik qardaşın böyük qardaşa arzulaya biləcək arzuları arzulayıram.


Vüqar (Bakı)

Hörmətli İlham müəllim!
Artıq bir müddətdir ki, Sizin saytla tanışam. Sizin yazılarınızı çox böyük həvəslə oxuyuram və həmin informasiyanın dolğunluğundan zövq alıram. Sizin bir fikriniz xüsusilə xoşuma gəldi, yazırsınız ki, suda boğulan yaxınlarınızın yanına kəndiri deyil, özünüzü atardınız. Doğrudan da, bunu yalnlz İlham müəllim edə bilərdi. Mən Sizə özünüz kimi bir insanla qarşılaşmağınızı arzu edərdim.


[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19]