Suallar və arzular

Adınız:
E-poçtunuz:
Mesajınız:
Təhlükəsizlik kodu:
Kodu pəncərəyə daxil ediniz

Elnur Rzayev (Riqa)

Salam. 2009-un oktyabr ayından Sizin saytı asta-asta oxuyuram. Məqalələriniz, nəsrləriniz və digərləri. Dünya və insanlar çox qəribədir fikrinin üzərində qalıram. Mən Riqada yaşayıram və daima bizim insanların uğurlarını görmək, yazdıqlarını oxumaq istəyirəm. Bunun üçün də daim axtarışdayam. Atanızın saytına da baxdım.Böyük və fəxr olunacaq alimdir. Məni düşündürən odur ki, Sizin nəsrlərinizlə məqalələriniz arasında çox böyük fikr ayrılıgı var. Olurda bəzən insanlar dualar edir, öz həyatı ilə baglı və ya nə ilə isə bağlı, amma sonra dualarının tanrı tərəfindən qəbul olunub - olunmamağından belə şübhələnirlər. Sizin bəzi yazılarınız məndə belə bir təəssürat yaratdı. Ruhunuzda yalnızlıq var, yox deməyin, bu fikirlərinizdən bəlli olur.İllərdir insanlar nəyin uğrunda dava aparırlar? SƏRVƏT! Ancaq SƏRVƏT. Amma heç kim ruhunun gözəlləşməsi uğrunda dava aparmadı həyatla. Sizdə bu davanın işartıların görürəm.


Cessika Volh (ABŞ)

Salam, hörmətli cənab İlham!
Mən ABŞ-dan olan jurnalistəm. İşdə mənim funksiyalarımın bir hissəsi olaraq mən İnternet saytlarını, xüsusən də keçmiş SSRİ ölkələrində yaradılan saytları gözdən keçirirəm. Sizin sayta baxarkən mənə sizin məşğuliyyətiniz (peşəniz) qaranlıq qaldı. Siz kimsiniz: yazıçı, şair, biznesmen və ya fəlsəfəçi?
Görünür siz bütün bu sənətləri bir yerdə birləşdirmişsiniz.
Sizin bəzi məqalələrinizin üzərində fikirləşməyə dəyər və bəziləri isə mübahisə mövzusudur.
Mən sizin məqalələrinizin bəzilərini oxuduqdan sonra öz nöqteyi-nəzərimi sizə bildirəm.


Olqa Arefyeva (Rusiya)

Hörmətli İlham müəllim!
Salam!
Sizə bu gözəl sayta və orada yerləşdirilmiş materiallara görə minnətdarlığımı bildirmək istərdim. Bir dəfə mən özümü qəlbən narahat hiss edirdim və özümü sakitləşdirmək və fikrimi yaymaq istədim. Tam təsadüfən sizin sayta daxil oldum və orada bir neçə şer oxuduqdan sonra sakitləşdim. Sağ olun. İndi sizin saytı maraqla izləyəcəyəm.


Sabir Rəsulov (Bakı)

Salam çox hörmətli İlham müəllim!
Nə yaxşı ki, sizin kimi oğullar var ki, nəinki öz valideynlərini unutmur, hətta onların parlaq xatirəsini əbədiləşdirməyə çalışırlar. Sizin rəhmətlik atanızın elmi xidmətlərinə nəzər yetirirkən belə fikirləşmək olar ki, həqiqətən bu İnsan əbədiləşdirilməli və onun işləri təkcə bizim xalqa deyil, həm də rus və ingilis dilinə edilmiş tərcümələr hesabına bütün dünyanın ixtiyarına verilsin.
Fəxr edin ki, Sizin belə atanız olub!


Nigar Əliyeva (Brüssel)

Saytınız haqqında dostlarımdan xəbər aldım, maraqlı və mübahisə doğuracaq bir sayt yaratmısınız. Axşam bir neçə məqalənizi oxudum və fikirlərinizlə tanış oldum. Çox bəyəndiyim və heç razılaşmadığım məqamlar var. Bunların hamısını yazıb sizi yormaq istəməzdim, amma bəzi fikirlərimi deyəcəm.
«Övladlarınızı həddindən artıq dərs oxumağa məcbur etməyin, çünki gün ərzində onlar yalnız bir insanın qəbul edə biləcəyi həcmdə məlumatı mənimsəyə bilərlər». Bu fikrin Azərbaycanda bütün valideyinlərin əzbərləməsinə ehtiyac var. Bizim insanlara bu fikir çox lazımdır. «Piramida Kainatin maketidir», «Həyatda baş verən proseslerin sirləri» kimi yazılarınız mənə xüsusi bir zövq verdi .Bəzi yazılarınızda isə razılaşmadığım fikirlər var məsələn, «İnsanın inkişafında cəmiyyətin rolu». Bu arada demək istərdim ki, musiqili şeirləriniz çox gözəldir. Nə isə sizi çox yormayım, inşallah bir gün görüşəsi olsaq ətraflı söhbət edərik.
Bir daha təbrik edirəm!
Sizə uğurlar!!!


Gürsəl Duru (Türkiyə)

Sizi tanıdığım üçün çox şadam. İsa Peyğəmbər ilə bağlı yazdığınız yazı məni çox təəcübləndirdi. Bu mövzu ilə bağlı DaVinchi Kodunu yazan yazıçının Dan Brownun kitabında bir şeylər oxumuşdum. Kitabın İstanbulda prezentasiyası oldu. Kitabı oxudum, amma Dan Brownda olan əksiklikləri Sizin məqalənizdə tapdım.


Dr. Burcu Günəş (Türkiyə)

Salam İlham bəy!
Yazılarınızı oxudum. Çox mütəəssir oldum. İlk dəfə idi ki, belə bir elmi yanaşmayla qarşılaşırdım. Bəzi dostlar mənə bu saytı izləməyi məsləhət bildilər. Bir azəri türkü olan alimin saytı var, çox maraqlıdır. İndiyə qədər 8 məqalənizi oxudum və oxumaqda davam eləyirəm. Əslində çox gec yazacaqdım sizə, amma səbir edə bilmədim. Bu bir təşəkkür məktubudur. Fikirlərimi isə bir müddət sonra yazacam. Sizinlə bir fikir mübadiləsi təşkil edərik, inşallah. Qeyd edim ki, saytın dizaynı da çox xoşuma gəldi.Yorucu deyil. Böyük bir işçi qrupun yaratdığı saytdır. Uğurlarınıza çox sevindim. Yaxında bir daha görüşərik.


Gülər Rzayeva (Berlin Azərbaycan dərnəyi)

Salam
Sizin sayta baxdıqdan sonra, belə bir qərara gəldim. Allaha çox şükür, Azərbaycan ziyalısı virtual aləmdə də öz sözünü deməyi bacarır. Məqalələrinizi oxuduğumda elə bil mən bu həyatı yaşamışam... Sanki, mənim həyatımı götürüb yazmısınız. Bunu, yazmağımda məqsəd nəsrləriniz çox duyğusal və doğruluğu özündə əks etdirir. Təşəkkürlər...Belə, yazmağa davam edin. Sizin titulunuzu bilmədiyimdən mən sizə indidən xalq yazıçısı deyə bilərəm. Mənim kimi adamı siz öz yazılarınızla yönləndirməyi bacarırsınız.


Əjdər Əhmədov (Moskva)

Salam İlham müəllim,
Sizin saytda yerləşdirilmiş İsanın Peyğəmbərin doğumu ilə bağlı yazınızı oxudum. İsanın anadan olduğu günün nə səbəbdən məhz 25 dekabra təsadüf edilməsi haqqında çox maraqlı fikirləriniz var. Bəlkə də sizin fikirlər həqiqətə uyğundur, amma mən belə düşünürəm ki, bu məsələ bir diqqətli və hərtərəfli tədqiqatın obyekti olmalıdır.
Ümumiyyətlə, belə cəsarətli yazılarınız xoşuma gəlir.


Brayan Conson (kiçik) (Birləşmiş Krallıq)

Salam cənab İlham,
Sizin “İsa Peyğəmbərin anadan olması” adlı məqalənizə gəlincə, mən sizin 25 dekabr, Kristmas tarixi ilə bağlı fikirlərinizlə əlaqədar özümə suallar verirəm. Baxmayaraq ki, sizin İsanın mart ayında mümkün anadan olması və həmin ayın baharın, həyatın başlanması ayı və azərbaycanlılarda bahar bayramlarının olmasına dair fikirləriniz məndə sanki sizin xristian və müsəlmanlar arasında heç bir fərqin olmaması fikrini doğurur, amma bu çox gözəl bir çağırışdır, lakin hələ də mübahisədən xali deyildir.

Ən xoş arzularla və yaradıcılıqda uğurlar arzulayaraq


[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19]