Suallar və arzular

Adınız:
E-poçtunuz:
Mesajınız:
Təhlükəsizlik kodu:
Kodu pəncərəyə daxil ediniz

Elbrus Yaqub (Bakı)

Salam Hörmətli İlham bəy!
Həyatda düzgün yaşamaq çətindir- sizcə həyatda düzgün yaşamaq təlimlə öyrənilir və ya fitri olur? Birdə düzgün yaşamaq bu günkü Azərbaycanda mümkündürmü?
Mən 32-il düzgün yaşamışam amma həmişə əzilmişəm.

Cavab: Salam Hörmətli Elbrus bəy! İlk öncə sizə öz təşəkkürümü bildirirəm ki, sayta daxil olub oradakı məlumatlarla tanışlıqdan sonra məktub yazmısınız.
- Bəli düzgün yaşamaq müqəddəs kitabımız Qurani Kərimdən öyrənilir.
- Ümumiyyətlə bütün dünyada düzgün yaşamaq çətindir.
- Elə, ona görədə düzgün yaşamaq çətindir.

Hörmətlə,
Abduyev


Ofelya Semyonova (Bakı)

"...O zamandan etibarən mən insanlar arasında əsl ünsiyyəti, ünsiyyətin ən ali, ən uca formalarını axtarmağa başladım..."

E. Holderness ("O'na məktublar")

Hər kəs üçün yazdığı məqalələr nə qədər dəyərli olsa da onları paylaşmaq daha maraqlı olur. E.Holderness demişkən, siz ünsiyyətin ən gözəl formasını tapmısınız bunula fəxr edə bilərsiniz. Əminəm ki, bu cür gözəl məqalələriniz hələ uzun müddət bizim marağımızda olacaq. Ancaq və ancaq sizə təşəkkürlər.


İsmayıl Mirzəyev (Bakı)

Salam İlham müəllim,
Mən dünən sizin “Vaxt haqqında düşüncələr” adlı məqalənizi oxudum. Ümumiyyətlə mən sizin digər yazılarınızı da oxumuşam amma mən məhz bu məqalə ilə bağlı sizinlə öz fikirlərimi bölüşmək istərdim.
Siz məqalədə yazırsınız ki: “Vaxtın bizə etdiyi böyük təsiri nəzərə alaraq, onu necə idarə edək, bununla biz əbədi yaşamaq imkanı əldə edə bilərik. Mənim fikrimcə, bu mümkündür. Bunun üçün real vaxt məkanından kənara çıxaraq, onu həmin kənarda izləməliyik, elə bil ki, sürətli axarı olan bir çaydan kənara – sahilə çıxmağa cəhd göstərməliyik.”
Çox maraqlı bir fikirdir. Bunu etmək mümkün olsa, onda insanlar əbədiyyətə qovuşa bilər, heç bir dərd-fikir çəkmədən həyatlarını davam edərlər, çünki bilərlər ki, onlar bu dünyada əbədidirlər. Lakin mənim fikrimcə bu reallıqdan çox fantastikadır. Amma bunu mümkün etmək olsa idi çox gözəl olardı.
Amma mən Sizə bu gözəl bir ideyanın verilməsi üçün minnətdaram. Qoy alimlərimiz fikirləşib baxsınlar. Bəlkə bu ideyanı doğrudan reallaşdırmaq olar?

Hörmətlə,
İsmayıl Mirzəyev
 
Cavab: Hörmətli İsmail Mirzəyev! Məktubunuza görə təşəkkür edirəm. Qəribə olsa da zamanla fantastik görünən məsələlər zamanla və əsrlərdən sonra reallaşır və bu məsələni də indi fantastika adlandırmaq olar. Ancaq mən əminəm ki, zaman gələcək və bu reallığa çevriləcək. Fantastik səslənməsinə baxmayaraq bu məsələdə həqiqət toxumu var. Bizim hər birimiz bununla rastlaşmışıq həyatımızda, ancaq lazımınca fikir verməmişik. Bu xüsusən biz tətilə gedərkən və ya vərdiş etdiyimiz mühütü dəyişərkən daha çox hiss olunur. Biz zamanı unuduruk, təqvimdən və gündəlik problemlərdən uzaqlaşırıq. Adi həyat ritmimizə dönən zaman “vaxtın işinin” şahidi oluruq, yəni biz istrahət edərkən yaradan və çalışan hər kəs çox irəli getmiş biz isə geridə qalmışıq. Əgər bu istiqamətdə biz davam edə biləriksə, zamandan asılı vəziyyətə düşmərik və onun axarını kənardan müşahidə edə bilərik.

Hörmətlə,
Abduyev


Abdul Səttar Xan (Pakistan)

Salam İlham müəllim,
Sizin saytın daimi oxuyuculardan biriyəm. Mən həmişə sizin maraqlı fikirlərinizə çox heyran qalmışam. Məsələn bu yaxınlarda sizin "Kosmik enerji - qida kimi" adlı məqalənizi oxudum. Siz burada qeyd edirsiniz ki, "İnsana fiziki olaraq, gündə 1 dəfə qidalanma vacibdir. Gün ərzində 3 dəfə qidalanan şəxs - demək olar ki, xəstədir. Ümumiyyətlə, insan orqanizmi belə amansız istifadə üçün nəzərdə tutulmayıb. İnsanın bütün daxili orqanları, sanki onun yaşamının ehtiyat variantı kimi yaradılıb"
Mən bu fikirlərlə razı deyiləm. Çünki zənnimcə gündə 3 dəfə qidalanmaq çox güman ki, bizlərə fizioloji cəhətdən lazımlı kimi tövsiyə edilib. Gündə 1 dəfə qidalanmaq fikrini Siz nəyə əsaslanaraq götürmüsünüz?. Sözün düzü mən heç özüm də çox yeməyi xoşlamıram. Amma mən belə düşünürəm ki, 1 dəfə gündə qidalanmaq insana bəs etməz. Düzdür müqəddəs Ramazan ayında oruc tutanda bizlər 1 dəfə qidalanarıq, yəni İftarda. Ancaq bu müddət cəmisi 1 aydır. Müqəddəs Quranda da məhz 1 ay oruc tutmaq tövsiyə edilir. Lakin həmişə gündə 1 dəfə qidalanmaqla yaşamaq olmaz...
Hə, bir də ki, bu yaxınlarda bir Hindli yoq təkid edirdi ki, o, ömrünün 70 ilini qidasız keçirib. Bu, hələ sübut olunasıdır. Əgər belə olarsa, onda biz hamımız yoq olmalıyıq. 

Hörmətlə,
Abdul Səttar Xan

Cavab
:  Hörmətli Səttar Xan! Mənim daimi oxucum olduğunuza görə sizə təşəkkür edirəm. Mən yenə də bu fikirdəyəm ki, xəstəliklərin əsas səbəbi ifrat dərəcədə  qarınqululuqdur. Gündüz vaxtı günəş işığından həyat üçün  kifayət qədər enerji  ala bilmək  kimi irəli sürdüyüm ehtimallarım  doğrudur. Çünki  hətta bol səhər yeməyi və nahar təşkil etsək belə qaranlıq düşən kimi yenə orqanizm yemək tələb edir, baxmayaraq ki, sutkanın bu saatında iş aktivliyi aşağı düşür. Özünüzdə doğru qeyd etdiniz ki, orucluqda biz rejimə riayyət edirik. Bu rejim Yaradanın özü tərəfindən tövsiyyə olunur  - "Əgər buna bütün il boyu əməl edə bilmirsinizsə, heç olmazsa 1-ay əməl edin. (Ramazanda) ". Bu bizim məsələyə yanaşmamızın doğru olduğunu  bir daha təstiqləyir.

Hörmətlə,
Abduyev


Faiq Məsimov (ABŞ)

Sayta göz gəzdirdikdən sonra CƏNAB İLHAM ABDUYEVİ çox dərindən oxuyub öyrənməyi qarşıma məqsəd qoydum...


Merry Branson (ABŞ)

Salam cənab Abduyev!
Mən maraqla sizin "Dünyanın sonu yaxınlaşır!" məqaləsini oxudum. Doğrusu bu problem son zamanlarda özünü daha qabarıq göstərir. Sözün düzün desək mən sizin bu məqalədə  yazılmış yer üzünü 2/3-ünü məhv edəcək Niburu planetinin yaxınlaşması barədə heç bir şey eşitməmişəm və heç yerdə oxumamışam.
Ancaq yer üzünə 2012-ci ildə böyük bir asteroidin gəlişi ilə məhv olması və bu barədə Mayaların təqviminin olması barədə daha çox yazılara rast gəlmişəm.İstərdim ki, bu barədə öz fikirlərinizi bildirəsiniz. Bir də ki, bu yaxınlarda İslandiyada baş vermiş Eyyafyatlayokudl vulkanın püskürməsi də Sizcə dünyanın sonunun yaxınlaşmasının işarəsi ola bilərmi? Sizin bu barədə də fikirlərinizi bilmək istərdim. 

Cavab
:  İslandiyada oyanmış  vulkan haqqında məsələyə gəldikdə, qeyd edim ki,  mən  bu məsələyə Yer üzündə müəyyən  ardıcılıqla baş verən  prosedurlardan  biri kimi yanaşıram.Və bunu qətiyyətlə gələcəkdə  baş verəcək hər hansısa bir  hadisə ilə əlaqələndirmirəm.
Sözü gedən vulkan sadəcə hava  əlaqələrində və yollarında yaratdığı maneələrə görə, adi həyat ritmini  pozduğuna görə dünya ictimayyətinin diqqətini cəlb etdi. Əgər bütün bunlar baş verməsə  idi,  bizlərdən çoxumuz bu vulkanın püskürməsindən  xəbərimiz olmayacaqdır.Hər gün  dünyada  minlərlə vulkan püskürməsinə, zəlzələyə bənzər  təbiət hadisələri  baş verir ki, biz bundan xəbərsizik və bunlar bizi narahat etmir, çünki onlar bizim həyat ritmimizə  maneə olmur. Şəxsən mən  bu vulkanın bəşəriyyət üçün qorxulu olduğunu düşünmürəm. O ki, qaldı  2012- ci ildə baş verə biləcək  fəlakətə, mən nəinki  buna inanmıram, həm də inanıram ki, son 100  ildə  bizi belə bir təhlükə gözləmir.
Alimlərin  2012- ci ildə  baş verəcək  təhlükə haqqında bizi xəbardarlıq edirlər, ancaq inandırıram ki,  belə təhlükə bizi hər gün gözləyir. Alimlər sübut ediblər ki,bizim Planetdə  baş verən bütün  proseslər ciddi nəzarət altındadılar  və bu normadan azacıq əyintilər bütün planetin məhvinə səbəb ola  bilər, misal üçün - planetdəki  su hövzələrinin resurslarından və buzluqlardan başlayaraq Yerə  yağan  yağntılara qədər  bütün su dövriyyəsi  balans təşkil edir və bu balans pozularsa  kürəsəl  fəlakət baş verə bilər.Gələcək həyatınızda  arzulayıram ki,  sizi  ancaq  müsbət suallar və cavablar narahat etsin və mənfi fikirlər, emosiyalar sizdən  uzaq olsun.

Hörmətlə, Abduyev


Emin Həsənzadə (Bakı)

Hörmətli cənab Abduyev
Mən sizin sayta yerləşdirdiyiniz "Beyin. Kliniki ölüm vəziyyəti (Məqalə - II)" adlı məqalənizi böyük maraqla oxudum.
Sizin məqalənizin mövzusu yeni olmasa da sizin fikirlərinizi isə mənim üçün yenidir. Siz yazırsınız ki: "Kliniki ölüm zamanı beyin orqanizmdə gedən bütün proseslərə nəzarət edə bilmir və o, orqanizmi şokdan qorumaq üçün bir mexanizmə çevrilir".
Mən sadəcə olaraq bilmək istərdim ki, siz bu fikirləri kliniki ölümü yaşamış insanın tibbi nəticələrinə əsaslanaraq götürmüsünüz?. Çünki siz ya həkim ya da ki, parapsixiloqsunuz, belə ki, sizin yazılar bu cəhətdən səlist olub mənə belə deməyə əsas verir.
Cənab Abduyev, icazə verin sizin məqalənizi oxuduqca məmnunluq hiss etdiyimi sizə bildirim. Fikrimcə, bu sizin "Beyin" silsiləsindən olan məqalələrdən biridir. Mən sizin bu mövzuda məqalələrinizi oxumaqda davam edəcəm.

Cavab: Salam hörmətli  Emin Həsənzadə! Göstərdiyiniz isti  münasibətə görə təşəkkür edirəm. Sizin klinik ölüm haqqında sualınıza cavab olaraq bildirmək istəyirəm ki , açıqladığım  fikirlərim klinik ölüm keçirmiş insanlarla  söhbətlərin nəticəsi deyil , bunlar yalnız mənim öz müşahidələrimə və məntiqi düşüncələrimə əsaslanan  fikirlərdir .Ümidvaram ki , sizinlə  öz  saytımda  yenə qarşılaşacağam.

Hörmətlə, Abduyev


Tumer Ali Hakan (Türkiyə)

Hörmətli İlham müəllim!
Mən xeyli vaxtdır sizin saytınızı oxuyuram. Həqiqətən böyük zövq alıram. Buna görə sizə sonsuz təşəkkürlərimi bildirirəm. Mən bir neçə ildir Cavid bəylə işləyirəm. Bir gün mənə "sizə Azərbaycandan bir elm adamının saytını verəcəyəm, baxarsınız"- dedi. Etiraf etmək istərdim ki, o zaman buna o qədər də əhəmiyyət verməmişdim.
Sizə yazmaq istəyi doğdu içimdən. Sonra öz özümə dedim ki ən yaxşısı bir gün tanış olaram. Amma sizə çox sevdiyim bir hekayəni gondərirəm. Mən uzun illər Romada işlədim və xristianlıqla bağlı çox arasdırmalar apardım. Mən ilahiyyat elmləri dokroruyam. İnşallah bir gün görüşərik.

Hörmətlə,
Professor. Dr. Tumer Ali Hakan

AYNADAKI BÜTLƏR

Xristian dünyasında din adamları uzun bir təhsil aldıqdan sonra işə başlarlar. İlk təhsillərini kilsədə aldıqdan və litseyi bitirdikdən sonra, iki il fəlsəfə dörd il də ilahiyyat təhsili alırlar. İlahiyyatdan sonra da iki il təyin edildikləri kilsədə işləyirlər. İşlədikləri kilsə hansı ölkədə isə o ölkənin dilini də öyrənirlər.
Müsəlman ölkəsindəki kilsəyə təyinatı verimiş bir keşiş, islam dini və peyğəmbəri ilə maraqlanır və araşdırma aparmağa başlar. Araşdırdıqca islamiyyətin qəlbə və ağla uyğun həqiqətlərinə heyran qalır. Bəzi islam alimlərinin əsərlərini də oxuyur və bəyənir.
Könlü ülvi biliklərlə dolu olan bu keşiş tək başına qaldıqda islam dünyasındakı geri qalmışlığı düşünür. Heç cür ağılına batmır "Bu gözəl dinin, uca Peyğəmbərin və bu biliklərin insanların ölkəsi niyə görə geri qalır?" deyə çox kədərlənir. Bu suallarının cavabını tapmaq üçün araşdırma aparmağa başlayır.
Bir gün kilsədə ayindən sonra camaat dağılışır və keşiş kilsənin boş sıralarından birində oturur. O gün İbni Sinaya aid oxuduğu bir kitabdakı bilikləri öz özlüyündə analiz edirdi. Daxilindən bir səs ona "Bu müdrik insanların mənsub olduğu dinin bu günki mənsubları niyə onlara bənzəmir?" deyərək düşüncəyə dalır. Elə bu vaxt arxasındakı pəncərənin açıldığını eşidir və və tükləri ürpərər. Arxasına dönüb baxdıqda şələbığ, orta yaşlı, nataraz bir adam görür. Adamın əlində qəzetə sarılmış bir paket vardır. İkisi də bir müddət bir-birlərinə baxırlar. Sonra keşiş sakit bir tərzdə adama:
- "Qapını səhv salmaq ehtimalınız yoxdur. Qapı varkən niyə pəncərədən içəri girirsiniz? Siz kimsiniz və burada nə işiniz var?" deyə soruşur.
Adam keşişin nəzakətli və sakit davranışından cəsarət alaraq hiyləgərcə sözə başlar və:
- "Keşiş ağa, əslində mən pis məqsədlə gəlməmişəm. İcazə verin sizə qısaca öz hekayəmi nəql edim" deyir. Keşiş:
- "Nəql edəcəyin hekayəni böyük bir maraqla dinləmək istərdim" deyincə adam;
- "Bir gün ailəm çox ac idi. O gün evə aparmağa heç nə tapa bilmədim. Kilsənin qarşısından keçirdim ki bu içəri girdiyim pəncərəni açıq gördüm və içəri girdim. Kilsənin divarında bu əlimdəki gümüş çərçivəli aynanı gördüm və alaraq çıxdım. Aynanı evə apardım. Evdəkilər dərhal başıma yığışdılar. Hamısı heyran heyran aynanın gözəlliyinə baxırdı. Sonra aynanın ətrafındakı Məryəm Ana şəkillərini və digər Xristian fiqurlarını gördüklərində;
-‘Biz Müsəlmanıq, bunu evimidzə saxlaya bilmərik` dedilər…' Mən də;
- ‘Mən bunu evə amadım, satmaq üçün aldım, sabah bazarda satıb evin ehtiyaclarını qarşılayacağam` dedimsə də yenə etiraz edərək;
- ‘Bütlü şəkillərlə bəzədilmiş şəkilli aynanın pulundan alınan heç bir şey bizə lazım deyil' dedilər. Mən də bu aynanın, mənə və ailəmə uğursuzluq gətirəcəyinə fikirləşdiyim üçün gətirib yerinə qoymaq istədim."
Keşiş, bu heyayəni dinlədikdən sonra yerində təəccübdən yerində quruyub qaldı. Adamın əlindəki aynanı aldıqdan sonra:
- "Mənə bu aynanı gətirdiyiniz üçün sizə təşəkkür edirəm. Heçə gündür biz bu aynanı axtarırdıq. Ancaq çox maraqlandım, sizin dininizin əsası gözəl əxlaq üzərinə qurulduğu halda siz özünüzə aid olmayan bir şeyi necə ala bilirsiniz. Eyni zamanda bu işin sizin dininizdə haram olduğunu bilməyib sadəcə aynanın üstündəki büt şəkillərindənmi qorxursunuz? Əvvəl öz dininizə və özünüzə hörmət etməli, etdiyiniz bu pis işlərə görə tövbə etməlisiniz. Allahın ilahi qanunlarını pozmanın çox böyük günah olduğunu bilməlisiniz. Əks təqdirdə sizin inancınız yalnız bəzi şəkillərdən ibarət olar."
Oğru, keşişin bu sözlərini dinlədikdən sonra həyasız bir ifadəylə:
- "Keşiş ağa ayıb deyilmi, mənə dinimlə bağlı moizə oxuyursunuz? Dinimi səndən öyrənməyəcəyəm ki..."
- "Sizin peyğəmbəriniz, ‘Hikmət sizin itirdiyinizdir, onu harada tapsanız almaqdan utanmayın' buyurur. Sən mənim keşişliyimə deyil söylədiyim sözün həqiqətinə bax. Çərçivədəki bütdən qorxmaqdansa, Allahdan qorx və oğurluq etmə. Sizə tövbə etmək üçün fürsət verirəm. Əvvəl yaxşı bir vətəndaş olun və dininizin həqiqətlərini öyrənin. Polis çağırmadan dərhal buranı tərk edin."
Oğru donquldanaraq çəkilib getdikdən sonra keşiş;
- "Ya rəbbim bu nə təsadüfdür!. Bu hadisə bütün suallarıma cavab verdi. Demək ki islam aləminin geri qalmasının səbəbi, dinlərinin batininə enmədən yalnız zahirində qalan müsəlmanlar imiş."
İslam dünyasının həqiəti bu deyilmi? Kimiləri dini saqqalla, şalvarla və çarçabla bəsitləşdirərkən, özünün dünyəvi olduğunu zənn edən kəslər də, saqqal və çarşaba görə gerçək dinə və dindara qarşı savaşırlar. Mənə görə hər ikisinin də bir-birindən fərqi yoxdur. İki qrup da dinin həqiqətini dərk edə bilməmiş zavallılardır.
‘Müsəlmanam deyən adam, islamın "Haqq və həqiqət imanı, səadət və qurtuluş elmi, hüquq, əxlaq və iqtisad nizamı, rifah və bəqa duyğusu" olduğunu bilməli, bilmirsə öyrənməli və ona uyğun yaşamalıdır. Müsəlman şəkilçi deyil həqiqi olandır.


Ruhəngiz (ABŞ)

Hörmətli cənab Abduyev,
Mən sizin sayta daxil olmaqda davam edirəm və sizin sözləri olduqca ruhlandırıcı hesab edirəm. Sizin böyük ürəyiniz var və sizin kimi birinin olması bizə bir rahatlıq verir! Öz yeni mesajlarınızı yerləşdirməkdə davam edin - biz sizdən yeni xəbərlər eşitmək ümidindəyik.


Pinar Ayhan (Türkiyə)

Sevgili İlham bəy!

Saytınızla tanışlığım məni çox xoşbəxt etdi. Uzun zamandır saytınızı izləyirəm. Ruhuma çox yaxın fikirlər gördüm. Çox təsirləndim, bəzi dostlarıma göndərdim və hardasa bir aydan çoxdur oxuyuram. İçimdən sizə bir seylər yazmaq keçdi və aşagidakıları yazdım. Yəni yazdığım düşüncələrim indiyə qədər oxuduqlarım və son olaraq sizdən oxuduqlarımın yaratdığı təəssüratdır. Sizə uğurlar!

Sevgilərlə Pinar Ayhan

Tək doğru olan sevgidir. Bu gerçək ürəyinizdə kök saldığında zamanınızı boşa xərcləməyəcəksiniz. İndi sevmək zamanıdır. Ananızı, atanızı, xanımınızı,övladlarınızı, qardaşlarınızı, qohumlarınızı, qonşularınızı, iş yoldaşlarımızı sevmək zamanıdır. Onların bizə qarşı etdikləri bəzi anlaşılmaz hərəkətlərini belə sevmək zamanıdır. Onların qüsürlarını, çatışmazlıqlarını qəbul etmək üçün öz qüsurlarımızı göz önünə gətirməliyik .İndi qucaqlamaq zamanıdır.
İndi hiss etmək zamanıdır. Bu dünyada yağan yağmurun bir damlasının gözəlliyini, əsən rüzgarın bəzən sərt, bəzən şəfqətlə oxşayan toxunuşunu hiss etmək zamanıdır.
İndi görmək zamanıdır. Dünyaya, istər görən gözlərlə, istər görməyən gözlərlə qəlbdən bir baxış atmaq zamanıdır.
İndi cəsarət zamanıdır. Bilmədən yola çıxmaq zamanıdır. Kəşf etmənin zövqünü yaşamaq zamanıdır. Yolçuluğun kəşf etmək qədər gözəl olduğunu kəşf etmək zamanıdır.
İndi sorğulamak zamanıdır. İndi niyə bu qədər çox yediyimizi, niyə bu qədər geç oyandığımızı, niyə bu qədər çox dava etdiyimizi, savaştığımızı sorğulamak zamanıdır.
İndi dəyişmək zamanıdır. Sadəcə , eyni şəkildə qalan bir heyvan olmadığımızı anlamaq, özümüzün daha yaxşı birisi olmaq üçün özümüzü inkişaf etdirmək zamanıdır. Bəzən sünnət kimi kəskin bir müdaxilə ilə, bəzən bir məhəbbət ilə, bəzən dinlədiyimiz bir xitabətlə keçmişləri yola salmaq zamanıdır. İndi keçmişləri yenisiylə dəyişmək zamanıdır.
İndi oxumaq zamanıdır. Yaşamın bir kitab olduğunu anlamak və hər səhifədən bir şeylər öyrənmək zamanıdır.
İndi yardım etmək zamanıdır. Sərhədsiz yaxşılığın və yardımların göstərilməsi zamanıdır.
İndi getmək zamanıdır. Hər gün bir yerə getməyin keyfini çıxarmak zamanıdır. İndi edə bilmədiyimiz bir şeyin bizə sabah üçün ümid verdiyini anlamaq zamanıdır. İndi çalışmaq zamanıdır. İndi pedal çevirmək zamanıdır. Duranın yıxıldığını xatırlamaq zamanıdır. Sürətlinin yaşamı qaçırdığını, yavaşlayanın yaşama yetişmədiyini düşünmək zamanıdır. Yeməyin atəş üstündə zamanla bişdiyini anlayıb ağlımızı çalışdıraraq bişirmək zamanıdır. İndi sabaha getmək zamanıdır.
İndi qucaklaşmaq zamanıdır. İndi sevmək zamanıdir.


[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19]