Suallar və arzular

Adınız:
E-poçtunuz:
Mesajınız:
Təhlükəsizlik kodu:
Kodu pəncərəyə daxil ediniz

Fizuli Əhmədov (Bakı)

Salam əziz İlham, mən mütəmadi olaraq saytı izləyirəm. Maraqlı məlumatlarla zəngin olan bu saytda, son zamanlar xüsusilə mənim marağımı "Dünya filosofları" rublikası cəlb edib. İşimin spesifikasindan asılı olaraq və məzuniyyət zamani saytı izləmədiyimdən "Laborotoriya" rublikasında yerləşdirilmiş "G" Layihəsi ilə bir neçə gün bundan qabaq tanış oldum.2008-ci ildən bəri fəaliyyət göstərən labaratoriyanın fəaliyyətindən xəbərim olmamasına görə çox heyfslənirəm. Ancaq qeyd etmək istəyirəm ki, sən və sənin komandan tərəfindən belə qeyri-adi, belə maraqlı və belə vacib bir problemin gündəmə gətirilməsi və həll edilməsi istiqamətində ciddi addımlar atilmasını ürəkdən alqışlayır və sizə uğurlar arzulayıram. Gec də olsa sizi təbrik edirəm. Bir dost kimi, bir vətəndaş kimi sizinlə fəxr edirəm. Bir alim kimi böyük şərəf hissi ilə və təmənnasız olaraq sizin layihəyə yardımçı olmağa hazıram.
Layihə barədə daha geniş şərhlərimi, fikirlərimi və təkliflərimi yaxın vaxtlarda bildirməyi özümə borc bilirəm.
Uğurlar diləyirəm.


Filip Methyu (Birləşmiş Krallıq, Brayton şəhəri)

Hörmətli cənab İlham!
Mən sizin çox vacib məsələyə - Quranın yandırılmasına həsr edilmiş son məqalələrinizdən birini oxudum. Cənab İlham. Sizin sözlərdə həqiqət var və bunlar diqqətə layiqdir. Allah birdir və Yəhudilər, Xristianlar və Müsəlmanlar eyni tarixi kökə malikdirlər. Əfsuslar olsun ki, bunlar arasında olan fərq siyasətçilər tərəfindən öz çirkin məqsədləri üçün istifadə edilib. Və bəzi insanlar, o Amerikan keşişi kimi, bir oyun oynamış, şou göstərmiş və Allah bilir ki, bu, onun şəxsi ideyası idimi, yoxsa kimsə ona bunu sifariş etmişdimi......?
Sizin belə hərəkətlərin cəmiyyət üçün nə qədər təhlükə törətdiyini bu məqalədə izah etmək cəhdinizin üçün sağ olun. Biz artıq maliyyə böhranı, beynəlxalq terrorizm və s. kimi problemlərlə üzləşmişik. Gəlin aramızda olan bu kiçik fərqləri kənara qoyub birləşək və bu vacib məsələlərin həlli üçün ciddi səylər göstərək. İnanıram ki, mənimlə razılaşarsınız.


Jean-Sébastien Stehli (Fransa-Tuluza)

Hörmətli Ilham !
Salam! Burada Fransada bizdə 5 milyondan artıq müsəlman yaşayır. Əlbəttə ki, onların heç də hamısı Fransanın yaxşı vətəndaşı sayılmır. Amma mənim Əlcəzair ərəbləri arasında çoxlu dostlarım var ki, onlar mənə həmişə Quranı tərifləyir və mənə məsləhət görürlər ki, Qurandan faydalanım. Mən bilirdim ki, burada insanlar üçün çoxlu yaxşı məsləhət və tövsiyələr vardır, lakin mən təsadüfən sizin “Sağlam qida haqqında tövsiyələr” (İslam ədəbiyyatından çıxarış) adlı məqaləni oxuyanda, ilk növbədə mən dərindən başa düşdüm ki, mənim müsəlman dostlarım necə də haqlıdırlar və ikincisi mən hətta bir neçə məsləhətdən gündəlik həyatımda da istifadə etməyə başlamışam. Ümid edirəm ki, sağlamlığımı yaxşılaşdırım……..
Maraqlı yazılara görə sizə minnətdaram.


Vaqif Əliyev (Bakı)

Mən Sizin məqalənizi oxudum, o mənim çox xoşuma gəldi. Xüsusən də 3 dinlə bağlı və onun qısa bölgüsünü bəyəndim. Mən əvvəllər bu barədə düşünməmişəm. Amma doğrudan da bütün dinlərdə vahid Allah, peyğəmbərlər və müqəddəs kitablar var! Mən də o fikirlə razıyam ki, Quranı yandıran insanlar və bu hərəkətə qarşı çıxmayanlar ya ağıllarını itiriblər, ya da məqsədlərinə çatmaq üçün hər şeydən istifadə etməyə hazır olan insanlara xidmət edirlər! Mən sayta ilk dəfədir daxil oluram və sayt mənim xoşuma gəldi. Çox maraqlı və faydalı saytdır. Gələcək işlərinizdə Sizə uğurlar arzu edirəm!


Bora Ceylan (Türkiyə)

İlham bəy salam.!
Mən sizin saytınızla yeni tanış oldum. “Quran-i Kərimin yandırılması dünya dinlərinə Qarşı bir cinayətdir” məqalənizi bir neçə dəfə oxudum və dostlarıma da oxumalarını tövsiyə etdim. Məncə özünüzü çox yormayın. Bu şərəfsiz xristianlar heç vaxt bizim yazdıqlarımızın dünya miqyasında müzakirə olunmasına imkan verməzlər. Amma çox yaxşı etmisiniz. Afərin sizə İlham bəy. Mən sizin bu məqalənizi öz e-mailimdən bütün dostlarıma göndərdim. Mən Azərbaycan Türkləri ilə fəxr edirəm. Təşəkkürlər. Böyük insansınız'.


Dr Jacques Diouf (ABŞ)

Cənab Abduyev. Müqqədəs kitabın yandırılması məsələsi çox aktual bir mövzudur. Mən bu haqda araşdırmaçıyam və bütün yazarları oxumağa və analiz etməyə çalışıram. Qeyd etmək istərdim ki, siz tamamilə fərqli bir yanaşmaya sahibsiz və doğrusu bu cür münasibət akademik yanaşma tərzidir. Sizi tanıdığıma sevindim. Yazılarınızı diqqətlə oxuyacam.


Cengiz Ugur (Türkiyə)

Hörmətli İlham bəy!
Axırıncı yazınız mükəmməldir! Həqiqətən bu qədər uğurlu olacağını gözləmirdim.
Qur`ani Kərimin yandırılması ilə bağlı yazdığınız yazı məni çox sevindirdi. Sizə uğurlar arzulayıram!


Semra Altay (Türkiyə)

Hörmətli İlham bəy. Ruh və DNT Məqalənizi oxudum. Yazınızda xeyli vaxtdır məni düşündürən bəzi sualların cavabını tapdım. Görəsən niyə görə eyni yumurtadan meydana gəlmiş əkizlər sonradan fərqli bir insan olaraq yetişər? Eyni mühitdə, eyni ailədə böyümüş, eyni təhsili almış, böyümüş insanlar fərqli tərbiyəyə və düşüncəyə sahib olarlar. Məncə siz haqlısınız. Məncə də bütün sualların cavabı ruhdur. Eyni genetik kodu daşıyan insanları fərqli formalaşdıran ruhdur. Düşüncələrinizi bizlərlə bölüşdüyünüz üçün təşəkkür edirəm. Yeni məqalələrinizi gözləyirik, sevərək oxuyacağıq.


Ihstiaq Afridi (Suriya)

Hörmətli c-b Abduyev, Bu yaxınlarda mən sizin dünyanın əhalisi haqqında yeni məqalənizi oxudum. Bu məqaləni oxuyarkən mən keçən əsrin bir siyasətçisinin dediklərini xatırladım ki, yer üzündə əhalinin sayının tarazlıqda saxlanması üçün ən yaxşı yol müharibələr etməkdir. Bildiyiniz kimi 1-ci və 2-ci Dünya Müharibələri milyonlarla insanın canını almışdır. Ancaq hal-hazırda təəssüf ki, bu qeyri-insani siyasət yalnız bizə - müsəlmanlar qarşı həyata keçirilir. Bəlkə ona görə ki, biz, müsəlmanlar dünyada ən çox artan millətik? Bu haqda nə düşünürsünüz?
Yeri gəlmişkən, sizin məqalələrinizi oxumaq və onlar ətrafında müzakirələr etmək çox maraqlıdır.


Samirə Həsənli (ABŞ)

Salam İlham bəy xoş gördük sizləri!
Türklərin bir sözü var iyi ki, varsınız... Bir neçe gündür sizin saytdakı məqalələrinizi və hekayələrinizi oxuyuram çox təsirləndim və açığı bu qədər səmimiyəti yaşadığım həyat boyu çox az görmüşəm. Biz Los-Angeles də yaşayırıq və imkanlı ailə sayılırıq. Həmişə insanlara kömək etməyə çalışırıq amma bəzən bizi bu haqda başa düşmürlər mən hərdən fikriləşirdim ki, bəlkə biz düz yolda deyilik niyə insanlara kömək edirik? Amma sizinlə tanıslıqdan sonra başa düsdüm ki, biz düz yoldayıq. Mənə elə gəlir ki, siz də çox xeyirxah insansınız. Sizə çox vuruldum. Hərdən yazacam….


[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19]