Suallar və arzular

Adınız:
E-poçtunuz:
Mesajınız:
Təhlükəsizlik kodu:
Kodu pəncərəyə daxil ediniz

Adrien E.Chenard (Fransa)

Cənab İlham
Mən sizin sayta bir neçə dəfə daxil olmuşam torpaqşünaslıq elmi ilə əlaqədar olaraq. Öz dilimdə versiyanız gördüm və bu çox xoş oldu. Oxuyacam.
Hörmətlə,


Xanım Merri Branson (ABŞ)

Salam cənab Abduyev,
Mən həmişə yeni ideyaları olan və özünü təkmilləşdirməyə can atan insanları və onları etdiklərini xoşlamışam. Əlbəttə ki, mən saytınıza yeni dillərin (Alman, Fransız və İspan) dillərinin əlavə edilməsini nəzərdə tuturam. Məsələn mənim üçün yaxşı tərcümə ilə verilmiş və bizim, yəni İngilis dilli oxucular tərəfimindən asanlıqla başa düşülən sizin saytınız İngilis dili versiyası kifayət edirdi. Lakin yeni dillərin əlavə edilməsi o deməkdir ki, siz həm də bu əlavə edilmiş dillərin daşıyıcısı olan və onlar tərəfindən asanlıqla başa düşülən digər insanlar barəsində də düşünürsünüz. Buna görə də siz çox gözəl addım atdınız.
Sizin bu yeniliyinizə uğurlar arzulayıram.


Əbdül Səttar Xan (Pakistan, Lahor)

Salam cənab İlham Abduyev,
Mən sizin daimi oxucularınızdan biriyəm. Sizin çox maraqlı ideyalarınız var. İndi isə mən başa düşdüyüm kimi siz öz bu ideyalarınızı Fransız, Alman və ispan dilli oxucularınıza da çatdırmaq istəyirsiniz. Mənə isə sizə yalnız bu yeni addımınızda uğurlar diləmək qalır.
sayğılarla,


Iştiaq Afridi (Suriya)

Əssalamu Əleiküm cənab İlham,
Dünən mən yenidən sizin sayta girdim və görünüşdə dəyişikliklər aşkar etdim. Siz Fransız, Alman və İspan dillərini də öz saytınıza əlavə etmişsiniz. Bu çox yaxşıdır. Bu, o deməkdir ki, siz oxucularınız sayını artırmaq istəyirsiniz. Sizə fəaliyyətinizdə uğurla arzu edirəm.
Hörmətlə,


Doktor Jak Diuf (ABŞ)

Salam cənab Abduyev,
Saytınızda dillərin sayını artırmaq çox gözəl ideyadır. Əlbəttə ki, İngilis dili bütün dünyada geniş yayılmasına baxmayaraq bizdə burada ABŞ-da çoxlu sayda ispan və Fransız dilli əhali var və indi onlar asanlıqla sizin maraqlı məqalələrinizi oxuya bilərlər.


Vahid (Paris)

Salam. Mən Fransada yaşayıram. Sizin sayt haqda da məlumatım kifayət qədərdir. Hətta mənim dostlarım sizinlə çalışır. Fransız dili tərcüməsini gördum və başladım bu dildə oxumaga, çox gözəl başa düşulən tərcümə olunub. Mən azərbaycan və fransız dillərini bildiyimdən heç bir ciddi fərq görmədim.
Sizi təbrik edirəm.


Samir Cavadzadə (ABŞ)

Salam İlham bəy!
Keçənlərdə mən sizin sayta məktub yazarkən ilk cümləm İYİ Kİ VARSINIZ yazmışdım. Sayta göz gəzdirdiyimdə birdən yeni 3 dilin əlavə olunduğunu gördüm. Və bir az təəccübləndim. Əla iş görmüsünüz oxucu auditoriyanızı genişləndirmişsiniz.
Eşq olsun...


Selma Öztürk (Türkiyə)

Salam. G-Layihəsi barədə yeni eşitdim və oxumağa çalışdım. Ancaq insanları necə müalicə edəcəyinizi başa düşmədim. Çakra bölgəsini masaj edirsiniz yoxsa hipnozla müalicə edirsiniz? Gördüyünüz kimi müalicə bölməsini başa düşmədim.

Cavab: G-Layihəsində yazılanlar bizim müalicə metodumuzun bir hissəsidir. Digər məqamları isə sirrdir. Ətraflı məlumatı hər bir kəsə əyani görüş zamanı göstərib izah edə bilərik.

Sayğılarla
Abduyev


Fredrik Reinfeldt (Salzburq, Avstriya)

Hörmətli cənab Abduyev,
Xoş sözlərinizə görə minnətdaram
Qısa bir zamanda, mənim sizin saytla bağlı təkliflərimi dəyərləndirdiyiniz üçün çox sağ olun. Siz saytınızda çox böyük dəyişikliklər etmişsiniz və mən arzuladığım kimi daha 3 dili (Alman, Fransız və İspan) əlavə etmişsiniz. Bu dəyişikliyi etməklə siz oxucularınız sayını kifayət qədər artırdınız. (Siz təkcə təsəvvür edin ki, dünyada alman və fransız dili 200 milyon insan, İspan dili - 500 milyon insan tərəfindən danışılır və başa düşülür, hamısı birlikdə təxminən 900 milyon edir). Mən hələ artıq mövcud olan Azərbaycan, Rus, Türk və İngilis dilləri haqqında demirəm....
Beləliklə, siz oxuculara sizin yazıları oxumaq və başa düşmək üçün çox gözəl imkan yaratmış oldunuz. Sizin kimi sürətlə inkişaf edən insanlara bəşəriyyətin böyük ehtiyacı var.

Sizə çox minnətdaram.

Hörmətlə sizin daimi oxucunuz,
Fredrik Reinfeldt


Markus Raşton (Kanada)

Hörmətli cənab İlham!
Mən sizin Quranın yandırılmasına həsr edilmiş məqalənizi oxudum. Mən Quranı camaat qarşısında yandırmaq istəyən həmin keşişləri başa düşürəm. Onlar islam terrorizminə qarşı öz etirazlarını bildirmək istəmişlər və Quran İslamın simvolu olduğu üçün onlar tərəfindən bilərəkdən istifadə edilib. Çünki İslam fundamentalistlərindən fərqli olaraq o keşişlər əllərinə silah alıb islamçı qatillər tərəfindən öldürülənlərin qisasını ala bilmirlər. Onlar İslamçılar kimi insanı öldürə bilmirlər və yalnız bu yolla öz etirazlarını bildirirlər.
Siz nə vaxtsa düşünmüsünüzmü nəyə görə dünyada böyük terror hücumları məhz İslam fundamentalistləri tərəfindən törədilib? Məgər sizin din bunu məsələlərin həlli kimi bir çıxış yolu kimi məsləhət bilir?.
Beləliklə, mən demək istəyirəm ki, xristian keşişlərini islamı təhqir etməkdə günahlandırmaq düzgün deyil. Onlar əslində İslam terroristlərini suçlamaq istəyirdilər.

Hörmətlə,
Markus Raşton

Cavab: Hörmətli cənab Markus Raşton!
İnternet səhifəmizə, xüsusilə də "Quran-i Kərimin yandırılması ..." yazısına olan marağınız və bu mövzuya dair düşüncələriniz üçün Sizlərə minnəttarlığımı bildirirəm.
Quran-i Kərimin İslamın simvolu olması səbəbindən bu və ya buna bənzər hərəkətlərin bəraat etdiyini yazırsınız. Haqlısınız, Qurani-Kərim İslamın simvoludur, lakin o heç vaxt İslamçı terrorçuların və İslam fundamentalizminin simvolu olmamışdır. Dünyanın bütün terrorçuları inançlarından və milli mənşələrindən asılı olmayaraq doğrudan bir canidir. Əgər, bu terrorçuların aralarından bə’ziləri Müsəlman isə, bu heç də İslamın onlarda təmsil edildiyi mənasını verməz. Dünyadakı bütün dinlərdə mühafizəkar meyilli ruh halının aşılandığı dini cəryanlar vardır, İslam dini bu görüşlərə əsaslanıb ayrı-seçkilik etməməkdə və heç kimi zorakılığa, qətlə və cinayətə əsla çağırmamaxdadır.
Qurani-Kərim, Tövrat, Köhnə Əhd, İncil kimi müqəddəsdir və onun yandırılması, simvolik mənada belə olsa, hansı dini inanca sahib olursa olsun bütün Tanrıya inananlara bir təhqirdir.

Hörmətlə,
Abduyev


[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19]