Suallar və arzular

Adınız:
E-poçtunuz:
Mesajınız:
Təhlükəsizlik kodu:
Kodu pəncərəyə daxil ediniz

Serj Lavuazye (Paris, Fransa)

Salam cənab İlham!
Mən sizə Avropanın mədəniyyət mərkəzi Parisdən yazıram. Dinə, fəlsəfəyə aid yazıları oxumaqla həzz alıram. Sizin saytda belə yazılar çoxdur. Mən bu yazıları İngiliscə oxuyuram. Lakin bu yaxınlarda sayta daxil olanda orada fransız dilinin olması məni çox sevindirdi.


Pablo Salgado (Argentina, Kordoba)

Axşamınız xeyir olsun cənab Abduyev!
Mənim adım Pablo Salgadodur. Mən Argentinadanam. Güman ki, siz biləndə ki, mənim anam erməni əsillidir, çox təəccüblənəcəksiniz. Lakin mən biləndə ki, ermənilər və azərbaycanlılar arasında Dağlıq Qarabağ üstündə münaqişələri var, mənim üçün Azərbaycanla bağlı vebsaytlar tapmaq və onları diqqətlə oxumaq böyük bir maraq kəsb etdi.
Mən təsadüfən sizin saytı tapdım və orada bəzi məqalələri oxudum. Sizin orada “ispan dili” bölməniz də var. Burada ispan dilində çoxlu məqalələr də var. Siz çox gözəl iş görmüşsünüz. Mənə təəccüblüsü bu oldu ki, mən burada Dağlıq Qarabağ haqqında heç bir məqalə, yazı tapmadım. Görünür ki, siz qlobal əhəmiyyətli başqa məsələlər üzərində düşünürsünüz.
Hər halda sizin ideyalarınız və fikirləriniz çox maraqlı və bəzi hallarda isə mübahisəlidir.


Jeff McNamara (Glasgow, UK)

Cənab İlham Abduyevə hörmətlərlə
Cənab Abduyev sizin sahib olduğunuz şirkətlər haqda məlumatlı oldum. Çalışdığınız sahələr diqqətimi çəkdi. Sizin səhv etmirəmsə atanız olan M.Abduyev saytını da ziyarət etdim. Bu alim haqda geniş informasiyaya görə sizə minəttdaram. Mənim oğlum bu sitədən çox yararlanacaq. Şərqdə torpaq elmini dərindən bilən şəxslərin olduğunu bilirdim lakin texnoloji imkanları bu qədər yaxından izləyən və bu qədər mükəmməl bir sayta sahib olan bir şərqli alimə rast gələcəyimə inanmazdım. Saytınız (mən texnomühəndisəm) və saytda yerləşdirdiyiniz şirkətlərinizin vebsitələri təqdir edirəm. Sizə hər zaman yardım etməyə hazıram.


Xuan Fernandes (İspaniya, Malaga)

Salam cənab İlham Abduyev,
Bu yaxınlarda sizin sayta girib məqalələrinizi oxumaq istədim. Mən bilirəm ki, siz müntəzəm olaraq öz saytınıza yeni əlavələr edirsiniz. Amma bu dəfə sayta girəndə mən ön səhifədə “İspan dili” bölməsini görəndə, düzünü desək xoşuma gələcək dərəcədə təəccübləndim. Beləliklə indi biz İspanlar və bütün ispan dilli insanlar sizin saytınızdan maraqlı yazıları oxumaq şansı əldə etmişlər.
Gracias muchos. Çox sağ olun!


Jan-Pol Arnald (Tuluza, Fransa)

Hörmətli cənab Abduyev
Mən sizin saytdakı məqalələrinizi oxumaqdan ruhlanıram. Üç yeni dilin (Fransız, Alman və Ispan) əlavə edilməsi ilə saytınızda dəyişikləri görmək mənim üçün bir sürpriz oldu. Əlbəttə ki, bir fransız olaraq mənə fransız dilində sizin maraqlı məqalələrinizi oxumaq olduqca xoşdur.
Çox sağ olun! Sizə gələcəkdə yeni ideyalar və yeniliklər tapmağı arzulayıram.


Hans Henşer (Cenevrə - İsveçrə)

Salam cənab Abduyev!
Maraqlı yazılarınıza görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə də alman dilinin sayta əlavə edilməsi məni çox qane etdi. Mən İsveçrədə yaşasam da alman əsilliyəm və doğma dilimdə xarici ölkələrdə yaradılan saytları oxumaq mənə bir qürur hissi bəxş edir. Bu səbəbdən mən sizi kimi hərtərəfli bir alicənab insana öz dərin minnətdarlığımı bildirmək istərdim.


Gül Kuşakoğlu (Ankara)

Hörmətli İlham bəy
Hekayələrinizın hamısın oxumuşam. Mən sizin turkcə kitab yayınlamaq istədiyiniz mətbəənin redaktoruyam. İllərdir dünyanın müxtəlif ölkələrinin yazıçılarının hekayə və romnalarını türkcəyə çevirirəm. Artıq yazılardan müəllifi tanıya bilirəm. Öncə deyim ki, hekayələrinizi çox sevdim baxmayaraq ki, sayta hamısın deyil bir hissəsin yerləşdirmisiniz, amma mən hamısın mətbəədən oxudum. Anladığım odur ki, siz içində insani hıssləri çox olan amma ruhən çox yalqız adamsız. Siz əslində bir çox hekayələrinizdə özünüzü yaratmısız. Mən redaktə etdiyim bütün yazıçıların hansı hekayəsində özündən bəhs etdiyini bilirəm çünki 34 ildir bu sənətdəyəm.Mən hekayələrinizin davamı olsun istərdim və ya bəlkə roman üzərində düşünsəniz daha əla olardı bütün hallarda siz bu işi bacarırsız. İçinizdəki ali insani hissləri saxlamayın, düşüncələrinizi bizimlə paylaşın. Və unutmayın Mişle yazırdı ki,"Kişi olmaq üçün sənə qadın nəfəsi dəyməlidir" daha yaxşısın yaratmaq üçün SİZƏ DÜNYANIN HƏR YERİNDƏN OXUCU NƏFƏSİ DƏYMƏLİDİR... və əslində bu nəfəs artıq gəlmək üzrədir (sayt 7 dildə). Sizə uğurlar ...


Dieter Reimann (Almaniya, Meissen)

Cənab Ilham!
Zəhmət olmazsa, sizin fəaliyyətinizdə və saytdakı yaradıcılıq işinizdə sizə ən yaxşı arzularımı qəbul edin. Sayt saxlamaq asan iş deyil, xüsusilə də siz bir yerdə dayanmayıb daimə təkmilləşmələr apardıqda. Siz üç dil əlavə etmişsiniz və bununla da sizin saytda cəmi yeddi olmuşdur. Bu çox çətin bir işdir lakin bu dillərin daşıyıcıları olan insanlar üçün çox faydalıdır. Və bununla siz həmin insanlara öz hörmətiniz göstərmiş oldunuz. Onlardan biri də mənəm, keçmiş Sovet İttifaqını öyrənən Almaniyalı tələbə baxmayaraq ki, sizin yazılar bütün dünya hadisələrini əhatə edir lakin siz də vaxtilə keçmiş SSRİ-nin bir tərkib hissəsi olmuşsunuz.
Odur ki, bu tərzdə çalışmaqda davam edin və mən sizə və bu sayta texniki xidmət göstərən sizin əməkdaşlarınıza ən xoş arzularımı diləyirəm.


Ambre Boulanger (Fransa)

Cənab Abduyev, hekayələriniz maraqlıdır və şərq ədəbiyyatının öyrənilməsi baxımından mənə çox kömək etdı. Bəzi hekayələrinizi ingiliscədə oxudum bəzilərin isə fransızca. Sizin məqalələrinizi Vatikandan məzun olan dostlarıma göndərdim. Ümumən baxdığımda bütün məsələlərə Quranın baxışı ilə mövqe qoyursunuz. Bu müəllif olaraq şəxsinizi sığortalamaq deyilmi?


Alexanrda Salvadores (İspanya)

Cənab İlham. Maraqlı bir universitetə maliksiniz. Sizin saytınızı universitetə bənzədirəm bir neçə ixtisası olan amma professional tanınmış universitet. Sizə tövsiyəm 1 və ya 2 istiqamət amma professional. İnsanlar daha çoxun dalınca qaçırlar amma uğur deyil gülməli vəziyyətə düşürlər. Sizin məqalələri ciddi araşdıracam.


[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19]