Suallar və arzular

Adınız:
E-poçtunuz:
Mesajınız:
Təhlükəsizlik kodu:
Kodu pəncərəyə daxil ediniz

Nadir Abbasbəyli (Tələbə, Bakı şəhəri)

Hörmətli İlham müəllim!
Sizin son məqalələrinizdən olan “Axirətdən sonrakı həyat” məqaləsini diqqətlə oxudum. Çox maraqlı mülahizələriniz var. Müqəddəs Qurana istinad etməyiniz təqdirəlayiqdir. Çünki elmdə məlum olmayan bütün məsələlərin sirri bu Kitabda hansısa bir formada əks olunub. Sadəcə onların tapıb əsaslandırmaq lazımdır. Sizin də bu kimi cəhdləriniz, sözsüz ki, fərəhləndirici haldır və ona görə də getdikcə daha çox Azərbaycan ziyalıları haqqın yolunu məhz Quranda tapırlar.
Sizə uğurlar!


Joachim Biedermann (Almaniya)
Bonn Universitetinin Şərqşünaslıq tələbəsi

Hörmətli cənab İlham,
Bu yaxınlarda sizin sayta daxil olarkən mən Barzax dünyası haqqında məqalənizi gördüm və bu məndə böyük maraq doğurdu. Mən həmin məqaləni oxudum.
Doğrusunu desəm, müəllif tərəfindən məqalədə verilən izahlar məni qane etdi. Bu, onu göstərir ki, müəllifin Quran və onun incəlikləri haqqında yaxşı məlumatı vardır.
Sizin maarifləndirici işinizə görə sağ olun, çünki sizin sayta daxil olan hər bir kəs mütləq onu maraqlandıran suallara cavab tapir.
Sizə faydalı işinizdə uğurlar arzu edirəm.


Fizuli Əhmədov (Bakı)

Salam Dostum,
Elə sənin arzularından başlayaq - xüsusən də Məscid kompleksi. Çox gözəl arzudur. ALLAH qismət eləsin! İNŞAALLAH!
Çox səmimi və dürüst məlumatlardir. Çünki bir köhnə dost kimi bunların əksəriyyətini bilirəm.
Ancaq yenə də məni teeccüblendirdin. Bilmediklerim də çox imiş.
Sənə can sağlığı ve uzun ömür arzulayıram. Bilirəm ki düşündüklərini həyata keçirəcəksən.


Jeanne Croizer (Bremen, Fransa)

Hörmətli cənab İlham
Salam, Mən sizinlə küləklər haqqında öz fikirlərimi bölüşdürmək istəyirəm. (Mən sizin məqalənizi fransızca “Le secret des vents” (“Küləyin sirri”) oxumuşam. Siz çox düz qeyd edirsiniz ki, küləklər atmosferdə baş verən çox güclü bir prosesdir. Əlbəttə ki, onun həm pozitiv və həm də mənfi tərəfləri vardır, necə ki, siz artıq öz məqalənizdə qeyd etmişsiniz. Külək dünyada 4 elementdən biridir (hava və ya külək, alov, su və torpaq).
İnsanlar əsrlər boyu küləkdən faydalanmağın yollarını axtarmışlar. Bizim günlərdə küləyin insanlar tərəfindən faydalanmasının ən adi misalı külək elektrik turbinlərindən istifadə etməklə enerjinin istehsalıdır. (Almaniya, Hollandiyada və s. ölkələrdə bunlar adi şeylərdir)
Beləliklə, bu qurğular sizin ölkədə - Azərbaycanda da uğurla istifadə edilə bilər. Məndə olan məlumat görə sizin ölkədə güclü küləklər olur. Deməli külək kimi alternativ enerji mənbələrindən istifadə etməyin artıq vaxtıdır
Siz belə fikirləşmirsinizmi?

Cavab: Cənab Jeanne Croizer
Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda da küləkdən alternativ enerji mənbəyi kimi istifadə etməkdən ötrü artıq işlər görülür və bu yolda ilkin addımlar da atılıb. Bu vaxta qədər sınaq üçün kiçik belə stansiyalar yaradılmış və özünü doğrulduğu üçün də layihə işlənmiş və bu işdə bir çox işlər artıq görülmüşdür.

Hörmətlə. Abduyev


Ceyms Lukas (James Lucas)(Virciniya, ABŞ)

Cənab İlham Abduyev
Mən bu yaxınlarda sizin bir məqalənizi “Kainat necə qurulub” və sizin tərəfinizdən çox maraqlı ideyalara rast gəldim. Bir astronom kimi mənə bu məqaləni oxumaq çox maraqlı idi. Mən hətta oxuyanda ki, hətta Quranda da Kainat və planetlər haqqında maraqlı fikirlər vardır və buna çox təəccübləndim. Mən sizə bu kimi məsələləri işıqlandırmağınıza görə minnətdaram.
Mən sizin astronomiya aid məqalələrinizi izləyəcəm, əgər belə məqalələr olacaqsa.

Cavab: Cənab Ceyms Lukas. Mənim saytdakı məqalələrimi oxuyub yararlandığınız üçün çox məmnunam. Saytda astronomiyaya mövzusuna yaxın olan məqalələrin adlarını sizə yazıram:
1. Başqa sivilizasiyaların axtarışında
2. Kainat necə qurulub?
3. Güzgülər
4. Mələklər bir maddi cisim kimi
5. Kosmik enerji - qida kimi
6. Kainatdan kənar yaradılma
7. Mənfidən yaranan müsbət
8. İnformasiya sahəsi – peyk ötürücüsüdür
9. Piramida – Kainatın maketidir
10. Səs - informasiyanı ötürən nəqliyyatdır
11. Səs dalğalarının xüsusiyyətləri haqqında
12. Kainatın yaradılması Tanrının fikridir
13. Dünyanın yaradılma funksiyaları qanunauyğunluqlara əsaslanır
14. Vaxt haqqında düşüncələr
Bildirmək istəyirəm ki, əgər astronomiyaya aid və ya başqa hansısa bir məsələnin müqəddəs Quran kitabında öz əksini tapması haqda sizi maraqlandıran bir sual varsa onu araşdırıb cavablandırmağa çalışaram.

Hörmətlə: İlham Abduyev


Fətəli Gurabnov (Bakı)

AS-SALAMU ALEYKUM.
Hörmetli cənab.
Sizə BU işdə yalniz seyirci kimi qalmadiğiniz (bir ÇOXLARI kimi laqeyid olmadiğiniz) Və ən AZINDAN belə bir FORMADA ÖZ hiddət Və qəzəbinizi bildirdiyinizi ÜÇUN size teşekkür edirem. O Ki, QALDI terri CONS kimi hansisa iyrənc bir siyasətin iyrenc bir QURBANLARINA mənə elə gəlir Ki, BU ishlerin arxasinda DAHA BÖYÜK qüvvələr DURUR. Və BUNLARIN HAMISI islami gözdən SALMAQDAN başqa bir şey deyil. AMMA həqiqət GÖZ qabqğindadi.
ALLAH koməyinizdə OLSUN! Amin!


Fragrailakis M (Yunanistan)

Salam! Məqalənizi oxudum, hardasa məntiqi düşünsək siz düz deyirsiniz, amma hər kəs məntiqi düşünmür və ya məntiqi düşüncəsi o qədərdə inkişaf etmir. Konkret olaraq bu iki keşişin qurani yandırmaqlarının səbəbi haqda bir söz deyə bilmərəm çünki bunu bəlkə özləri də bilmir, amma bir söz deyə bilərəm ki, başqa dinin insanın elədikləri hərəkətlər o biri dində bəyənilmirsə bu hələ tam olaraq o insanın öz dininə hörmətsizlik etməsi deyil. Çünki insanların dinlərə baxışları başqa başqadır. Mən bu sözlərlə qurani yandıranlara müsbət qiymət verilməsinin tərəfdarı deyiləm. Sadəcə müəyyən insanların etdiklərini analiz edib bütünlükdə islama və Allaha qarşı çıxılması kimi qiymətləndirilməsinin əksinəyəm'.
Sağ ol.


Aidə (Bakı)

Salam İlham müəllim bir oxucunuz olaraq sizi yeni saytınız münasibəti ilə təbrik edirəm. Mən bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsindən məzun olmuşam.Sizin Dostuma Məktublar və Mənim atam adlı kitablarınızı oxumuşam. Bir oxucunuz olaraq çox bəyənmişəm. Fəxr edirəm ki, ədəbiyyatımızda sizin kimi yazarlar fəaliyyət göstərir. Sizə ugurlar arzu edirəm.


Tural Hüseynov (Bakı)

Salam. Belə bir faydalı və ciddi səhifə üçün təşəkkür etmək istəyirəm! Mənə Fəlsəfə və filosoflar haqqında məlumat lazımdı. İnternettə axtarışa qərar verdim və sizin səhifənizi tapdım. Burada özüm üçün çox faydalı şeylər taptım və faydalandım. Mənim məktubumun məqsədi təşəkkür etməkdi. Fəaliyyətinizi belə müvəfəqiyətlə davam etdirmənizi arzulayıram.


Sevinc Teymurlu (İzmir-Türkiyə)

Salam İlham bəy
Saytınız həm təccübləndirdi həm də çox xoş hisslər yaratdı. Sizin bütün hekayələrinizi və şeirlərinizi oxudum. Filosoflar rubrikanızı çox sevdim. Audio bölməniz super, vallah adam dincəlir istəyəndə oxu, istəyəndə musiqi dinlə superrrrrrr…… Sizin bir şeiriniz var “İrəli,İrəli” saytınız bu şeirdəki kimi zamanın qatarı ilə gedir. Sizə sualım olacaq “Məhəbbət və Nifrət” hekayənizi “ İtən günlərim” şeirinizi dəfələrlə oxudum. İnsanlar sizi çoxmu incidib? Çoxmu qırıblar qəlbinizi? Məsələn:

Təkliyin ahına söykəyərək üzümü, etibarlı dost soraqlaya-soraqlaya nədənsə, qənim kəsilmişdim doğmaya, yada.

Yaxud, Nəhayət, mən də çox götür-qoydan sonra hər kəsə qarşı ürəyimin qapı və pəncərəsini bərk-bərk kilidləmək qərarına gəldim. Bir daha heç kim ora girib onu tapdalayaraq ayaqlar altına ata bilməsin.
Bu fikrləri təbliğ etməyin mən istəməzdim sizin kimi bir ziyalı və alim hansısa yaramaz adamalara (baxın insan yazmıram adam yazıram) görə belə düşünsün və insanlara münasibətdə şübhə ilə yaşasın. Həyata sevgi hissini aşılayın gənclərə bizim bu kimi fikrləri sizin kimi insanlardan eşitməyə ehtiyacımız var. Şübhə ilə yaşayıb ömrünüzü bada verməyin (sizin fikrdir əslində). Sizin sayta əlimdən gələn qədər təbliğ edəcəm necə ki, edirəm hər kəsin sizi tanıması gözəl olar və bir gün saytada bir diskusiya apararıq.


[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19]