Nəsr

Yaz hekayəti

Bahardır. Balkona çıxıb binamızın qarşısındakı yekəlib qol-budaq atmış ağacları seyr edərək baxıram. Onların sayı-hesabı yoxdur. Onlara baxdıqca öz uşaqlığımı xatırlayıram; çünki bu ağaclar məhz o çağlarla bağlıdır. Onlar bizim ötən günlərimizi özlərində qoruyub saxlayıb;

Ssenari

Güclü yağış yağırdı. Mən tələsik işdən çıxıb evə tərəf yollandım. Evə çatarkən anamın çöl qapısından çıxdığını görüb təəccüblə ondan soruşdum:
– Ana, bu cür havada xeyirdir?

İyirmi ildən sonra

Bazar günü qəribə bir yağış çisələyirdi. Mən də divanda əyləşib qəzetlərdəki xəbərləri gözdən keçirirdim. Arvadım mətbəxdən çıxıb əlindəki ağ sinini stolun üstünə qoyaraq dedi:

Dostun fərəhi

Yayın istisinə dözməyən şəhərimizin bir çox adamları kimi, mən də bağda dincəlirdim. Lakin iş yerindən gələn xəbərə görə təcili olaraq şəhərə qayıtmalı idim. Çünki başqa respublikadan gəlmiş qonaqlarla əlaqədar keçirilən tədbir mərasiminə mən də çağırılmışdım.

Bir cüt göz

Payızdır. O, isə tənhadır. Sevgilisi yanında olmadığı üçün o öz qocalığını tək-tənha qarşılamağı qərara alır. Həyatındakı acılı-şirinli xatirələri yada salarkən sakit-sakit xəyala dalır, sonra da güzgüyə baxaraq sanki ötüb-keçənləri orada yenidən görmək istəyir...

Məhəbbət və nifrət

Artıq axşam düşmüşdü. Belə bir vaxtda anamın çağırılmadan otağıma gəldiyinə və çəkinmədən sərbəst söhbətə başlamasından bir yüngüllük hiss etdim. Anam özü sözə başladı:

Yanmış lampa

Həmin gün sanki göydəki ulduzlar da gözlərdən axan saf göz yaşı kimi axaraq parıldaşırdı. «Bəs ulduzlar içində haradadır mənim ulduzum?» Bəlkə aralarındakı elə ən solğun ulduz mənimki idi.

İtki

Tənha və sakit görkəmli o adam mənim direktorum idi. Qırx yaşı olardı. Biçarə sağalmaz xəstəliyə düçar olmuşdu. Çöhrəsi solğun və üzücü görünürdü. Ümidini üzməyib şəhərin tanınmış həkimlərinə müraciət etsə də, dərdinə çarə tapılmamışdı.

Yolu nağildan keçən dünya

Bir kimsədən heç nə soruşmayıb addımlayan o yolçu mənəm. Yol düşüncələrimdən çox vaxt məyus oluram. Bəli, elə ki kədərli oluram hər şeyi unuduram. Bilənlər bilir ki, şüurun dərinliyinə gedib çıxana kimi hərdən duyğunu da boğaza tıxanmış tikə kimi udmaq olmur.
[1] [2] [3]