Nəsr

Sənsizlik

Mən sənsiz keçirdiyim bu günlər ərzində nə etdiyimi indi də xatırlamıram. Yalnız gözlərimin qarşısında hərdən harasa zillənmiş gözlərini təsəvvür edib onlara baxıram. Başqa vaxtlarda nə edəcəyimi bilməyib sənin fikrinlə yaşayıram.

Acı bir xatirə

Aprel ətrafın yaşıl otlarla zövqlə çəmənliyə bələndiyi aydır. Yarpaqların üstündə təzə yağış damcıları parıltı ilə bərq vurur. Ətrafdakı şeylərin hər birisi gözəldir, işıq saçır. Amma nə olsun ki, bütün bunların hamısı mənə birtəhər görünür.

Tənhalıq

Saat 20:00-da mən işdən çıxıb evə tərəf yollandım. Mənzildə tək-tənha idim. Başladım öz-özümü ittiham etməyə: «Nə üçün sən həyatda belə bədgümansan? Sən ki, onu sevirsən. Başqalarını günahlandırmaqda nə dərəcədə haqlısan? Nə üçün öz mövqeyindən çıxış edirsən?»

Sinəm üstə bitən ağrı

İnsanlara qarşı ürəyimdə elə bir etinasızlıq, elə bir qəzəb baş qaldırmışdı ki, uzun zaman özüm də bundan qorxurdum. Kim olursa olsun fərqi yoxdur, əlaqədə olduğum hər bir adamı zərərli bir məxluq hesab edirdim. İllər keçdikcə məndə bu hiss yox olmaqdansa, daha da gücləndi.

Göz yaşları

İndi gecədir. Əllərim titrəyə-titrəyə bu məktubu yazıram. Axşam ürəyim bütün vücudumu narahat edirdi. Bədənimə müxtəlif cür iynələr vururdular. Səndən ayrılmaq barədə düşünmək belə mənə ağır gəlirdi. Dərman içdikdən sonra özümə gəlsəm də, ancaq musiqiyə qulaq asa-asa yenə də ağlayıram. Niyə ağlayıram?

Acı həqiqət

Əziz dost, məndən incimə... – dedim. Səninlə açıq danışmaq daha yaxşı olar. ...Bir şərtlə ki, məndən inciməyəsən... Yanıma gəldin... Səni evinizə ötürməyi xahiş etdin... Bu gün birlikdə gəzməyi təklif etdin... Birlikdə şam edək, dedin... Bir sözlə yaxama ilişdin...

Ayrılıq

Budur bax sən buradasan... Mənim yanımda. Bəlkə də, belə gözlənilməz gəlişindən necə sevinəcəyimi, nələr fikirləşəcəyimi dəfələrlə xəyalından keçirmişdin. Sən görüşə gedirdin, sən artıq sevirdin, ən başlıcası, bu sevginin cavabı da var idi. Onda biz indikindən cavan və həyatsevər idik.

Salam dostum

İnsanın mənalı yaşamağını mən təklikdə, tənha qalanda görürəm. Mən istəyirəm ki, sizi özü-özünüzdən qoruyum. Sözlərimi həddindən artıq ciddi qəbul etməyin. İnanın ki, mən hər vaxt verdiyim öyüdlərdən heç özüm də xatircəm qalmıram. Özü-özündən yaxa qurtarmaq çətindir.

Canavar balası

Bir dəfə mən vədələşdiyimiz gün dostumgilə getdim. Gəlişimdən çox sevindi. Yemək stolunun arxasında üzbəüz əyləşdik. Sonra müxtəlif hadisələr haqqında söhbətlər etdik. Günün necə gəlib keçdiyindən də xəbər tutmadıq. Şam edib, həzin bir musiqiyə qulaq asaraq asta-asta çay içdik.

Ana nisgili

Yenə kəndimizə gəlmişdim. Yay tətilini babamgildə keçirəcəkdim. Kəndimiz məni heyran etmişdi. Ağaclar zümrüd boyunbağı kimi kəndi bürümüşdü. Əsən meh qalın meyvə bağlarını dəniz kimi var qüvvəsilə dalğalandırırdı.
[1] [2] [3]