Məqalələr

Fikrin formalaşması

İnsan fikrinin harada və necə yaranması haqqında düşünmüsünüzmü? Bu maraqlı sualın detallı analizə və mühakiməyə ehtiyacı var. Mənə elə gəlir ki, fikirlər buludlar kimi sonsuzluqda yaranırlar.Lakin... Məlumdur ki, buludlar su mikrohissəciklərindən yaranırlar və özlərinə milyardlarla gözlə görünməyən hissəcikləri cəlb edirlər.

İblis şeytan deyil

İblis və Şeytan, bu iki varlığın yaradılma məqsədləri və tərkibləri məni çox maraqlı bəzi fikirlərlə qarşılaşdırdı. Ümumiyyətlə, əsrlər boyu müxtəlif dini ədəbiyyatlarda təsvir olunan bu varlıqların sirli və mistik mənşəyi bir çox tədqiqatçıların müzakirə və araşdırma mövzusu olmuşdur.

Səhvlər haqqında

Gündəlik həyatımızda biz tez - tez özümüzə belə bir sual veririk: həyatımız boyu etdiyimiz səhvlərin aparıcı qüvvəsi nədir? Biz səhvlərin edilməməsi üçün,özündə əvvəlcədən xəbərdarlıq funksiyası daşıyan “hissetmə faktor”unun mövcudluğunu rədd edə bilmərik. Ancaq buna baxmayaraq, hər bir insan öz həyatında etdiyi səhvləri yenidən təkrarlayır. Həmin an o, həmin səhvin mənasını dərk etmir.

Ruh və fiziki bədənin vəhdətdə inkişafı

Allah- təala insanı bir candan, bir nəfəsdən yaratmışdır. Bu yaradılış üçün “yuva” və həmçinin ruhunun keçəcəyi məkan da müəyyən edilmişdir. İnsanın yaradılma məkanı, qərar yeri onun bioloji valideynləri sayılır, gedəcəyi məkan isə, keçəcəyi Axirət dünyasıdır. Belə çıxır ki, insan varlığı püxtələşəndən və kamilləşəndən sonra onun üçün müəyyən olunmuş yerə gedəcək.

Müqəddəs altı gün

Dini mənbələrə görə, Yaradan bütün Kainatı və Yer kürəsini, bütün canlı və cansız aləmi altı günə yaratmışdır. Müasir alimlər altı günü- altı mərhələ kimi izah edirlər. Bu fikrin yanlış olduğunu iddia edə bilmərəm, ancaq altı gün və ya altı mərhələ anlamlarının məna etibarilə eyni olduğunu qəbul etmək olar.

Düşündürən fikirlər

Birincisi, rəvayətlərə əsasən Həvva Adəmin qabirğasından yaradılıb.Elmi- nöqteyi- nəzərdən bu əfsanə deyil, tamamilə real həyata keçirilə bilən bir faktdır.

İnsanın inkişafında cəmiyyətin rolu

Heyvanların üzərində aparılan eksperimentlərin bizim də üzərimizdə aparıldığını və bütün insanlığın qlobal bir eksperimentdə iştirak etdiyindən bəhs edən söhbətlərə uşaqlıqda çox qulaq asmışam.

İnsanlar və mikroorqanizmlər bir bütövdürlər

Hal- hazırda Yer kürəsinin və planetimizdə həyatın, flora, faunanın yaranması haqqında çox danışılır, bu səbəbdən də, bu mövzu haqqında müxtəlif fərziyyələr irəli sürülür.

Dünyanın yaradılma funksiyaları qanunauyğunluqlara əsaslanır

Kainatda və Yer kürəsində baş verən bütün proseslər və hadisələr müəyyən qanunlara və qanunauyğunluqlara tabedir. Bütün bu qanunlar, Yaradan tərəfindən tənzimlənən ümumi bir Qaydada birləşir.

Kosmik enerji - qida kimi

Dünyanın yaranması haqqında fikirləşən insan, öncə özünü dərk etməyə cəhd göstərməlidir. Nə üçün o, Allah tərəfindən yaradılmışdır? Kainat insan olmadan da, gözəldir.
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9]