Məqalələr

Ruh və DNT

İnsan ruhunun DNT ilə birbaşa mövcud olan əlaqələri haqqında olan ehtimallarımı nəzərinizə çatdırmaq istərdim.
Məlum olduğu kimi, doğulan insanlar genetik baxımdan fərqli ola bilməz. Çünki doğulan bütün insanların malik olduğu genetik yaddaşın ana xətti eynidir. Doğulan bütün insanların genetikası eyni olduğu kimi, onlara verilən genetik informasiyanın da məzmunu identikdir.

Dənizlər və okeanlar başqa bir fəzanın başlanğıcıdır

Əslində dənizlər, okeanlar və onlar haqqında olan bütün məlumatlar məni həmişə çox düşündürüb. Əsas səbəblərdən biri dəniz və okean adı verdiyimiz həmin su hövzələrinin Yer kürəsinin quru hissəsindən çox fərqli xüsusiyyətlərə malik olmasıdır. Quruda yaşayan bütün canlılar dəniz və okeanları özlərinə yad bir mühit kimi qəbul edirlər, onlar su mühitində olarkən orada çox az müddət qalmağa çalışırlar.

Yeni kəşflərə aparan yol

Dünyadakı insanları inanclarına görə üç qrupa ayırmaq olar:birinci qrupa Yaradana inananlar, ikinci qrupa Allahın mövcudluğunu rədd edənlər, üçüncü qrupa isə Yaradana heç bir münasibət bəsləməyənlər daxildirlər. Birinci qrupa eyni zamanda dinə özünəməxsus münasibət bəsləyənlər də daxildirlər,onlar Yaradanı ancaq özlərinə məxsus bir sevgi ilə sevirlər.

Ölümdən sonrakı həyat. O varmı?

Doğrudanmı, mən nə vaxtsa öləcəyəm? – bu sualı həyatımızda heç olmasa bir dəfə hər birimiz öz-özümüzə veririk və nə üçün yaşadığımız haqqında düşünürük. – Xeyr, yəqin ki, mən heç bir vaxt ölməyəcəm. Axı mən ölə bilmərəm, çünki mən fərqliyəm. Birdən mən doğrudan da ölsəm, mənim tamamilə yox olmağım mümkün deyil. Bəlkə ölüm – bizim üçün real olan bir həyatdan digərinə keçid funksiyasını daşıyır?!

Vaxt haqqında düşüncələr

Hər bir insan “vaxt” anlayışını olduğu kimi deyil, öz subyektiv fikirlərini əlavə edərək dərk edir. Gözlərimiz qarşısında canlanan siferblatda dayanmadan irəliləyən saatlar, dəqiqələr vaxtın inanılmaz bir sürətlə keçməsini göstərir. Mənim fikrimcə, vaxt özlüyündə tamamilə başqa məna və məqsəd daşıyır.

İlğım başqa bir fəzanın əksidir

Kainat özü hər bir tərəfdən su ilə əhatəlidir, ümumiyyətlə, su təkcə kainatda deyil, planetlər arasında da var, lakin oradakı su maye halında deyil, qaz şəklindədir. Bizim fəzada su maye şəklindədir və mövcud olan hər bir məfhumun tərkibində olan suyun maye formasında olması sayəsində biz həmin cisimləri görə bilirik. Əgər bu cisimlərin tərkibindəki su qaz şəklində olsaydı, biz həmin cisimləri sadəcə olaraq, görə bilməzdik.

Güzgülər

Gündəlik həyatda insanları müşahidə edərkən, belə bir məqama fikir verdim ki, insanın harada olmasından asılı olmayaraq, insan onu əhatə edən canlı və cansız hər bir bir məhfumun daimi əks olma obyektinə çevrilir.Həmin vaxt güzgünü axtarmaq o qədər də vacib deyil, insan öz əksini heç bir əhəmiyyət daşımayan lazımsız bir əşyada da tapa bilər, brelok və ya adi nikel qələmdə. Bir sözlə - insanın olduğu hər yerdə onun əksi qeydə alınır.

Mələklər bir maddi cisim kimi

Paralel dünyalar və paralel fəzalar və yaxud paralel vaxt ölçüləri... Bu paralellikdə mövcud olan məlum və naməlum varlıqlar, onların mənşəyi, forması və orqanik tərkibi əsrlər boyu dünyanın bir çox alimlərini narahat edən, qlobal anlam daşıyan suallar yaradır. Bütün dünya dinlərində mələk adlandırılan naməlum varlıqların mənşəyi və məzmunu haqqında bəzi fikirlərimi, fərziyyələrimi nəzərinizə çatdırmaq istəyirəm. Belə bir suala cavab verməyə çalışaq:

Kainatdan kənar yaradılma

Kainatda və təbiətdə baş verən bütün hadisələr hüdudsuz bir İlahi Qüvvənin mövcudluğunu bizə həyatımız boyu sübut edir.Allah tərəfindən yaradılan Kainatın sərhədləri var. Yaradan özü isə həmin sərhədlərdən kənardadır. Kainatın müəyyən vaxt ərzində dövr etməsi, kainatda mövcud olan hər bir cismin də müəyyən zaman çərçivəsində dövr etməsini göstərir.
Allahın kainatı yaratmamışdan əvvəl onu yaratmaq fikri vardı.

Mənfidən yaranan müsbət

Əvvəlcə Qaranlıq, sonra onun “bətnində” Nur yarandı. İşığın bütün qüsurlarını qaranlıq fonunda aydın görən Yaradan, onu tənzimləyərək, ideal İşıq yaratdı. Bu, Ali İlahi Qüvvənin bütün yaratdıqlarında baş verən ümumi bir prosesdir. Əvvəlcə İblis, sonra isə Adəm yaradılır. Əvvəl mənfi element, onun fonunda isə müsbət element yaradılır. Müqəddəs kitabımız olan “Qurani- Kərim” də qeyd olunur ki, yer üzündə mənfi əməl sahibi olan insanlar çoxluq təşkil edirlər.
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9]