Nəsr

Yalan

Dünən qohumlarımızdan birinin kefi-damağı çağ idi. Əhvalını harada düzəltdiyindən bixəbər olsaq da, amma bizə özü təşrif buyurmuşdu... Elə lovğa-lovğa kresloya sərələndi ki, bəs deyərdin bütün dünya az qala bununku idi. Qəfildən yadına nə düşdüsə, əlüstü əlini telefon dəstəyinə atdı.

Ölüm anı

Qarşımdakı o işıqlı yolla üz tutub gedən gənclik idi, mənsə onun arxasınca düşüb onu izləyirdim. Bir xeyli yol gedəndən sonra mən soruşdum:

Etiraf

Əvvəllər olduğu kimi, mən yenə də təsəvvürlərimin, daxili duyğularımın əlində buxov kimi sıxılaraq boğuluram. Qurduğum xəyallar aləminin yeri bomboşdu. Orada quru yellər əsir. Ürəyimi əslində sıxa biləcək, darıxmağa səbəb olacaq heç nə yoxdur.

Ürəyimə olan münasibət

Payızın xatirələrlə dolu yarpaq tökümü başlayanda, sanki hər dəfə ürəyim bu kəlmələri söyləyir: «İlahi, mənə niyə belə tale vermisən?» Ona ruh gətirən təbiəti könlüm zərif hisslərlə duyur. Təbiətdəki daimi canlılıq onu heyrətə gətirir;

Qorxuram

Gecə düşən kimi bütün şəhər yuxuya qərq olub yatır. Təkcə oyaq qalan isə sükut olur. Gecənin bağrını dələn vahiməli sükut. Mən yatmamışam. Sükutun yalnız qəlbimin hakimi olacağına inanmıram. Ola bilsin ki, məndən də başqa oyaq qalanlar var. Hər halda mən onları görmürəm.

Mənim balıqlarım

İsti avqust ayı idi. Evdə tək oturub darıxırdım. Başımı bir şeylə qatmaq istəyirdim. Duyğularımdan ibarət hisslərimi bir dəftərçəyə köçürmək qərarına gəldim. Əlbəttə ki, bu, gələcək üçün yaradıcılığımın ilki olacaqdı!

Mənim atam

Mənim on yaşım olanda atam həyatının tam çiçəklənmə dövrünü yaşayırdı. Yadımdadır, 1969-cu il olardı, mən onun Moskvadakı TSXA zalında nitqini dinlədim. Bu məlumatın dəqiqliyinə təminat verə bilməsəm də, çox güman ki, öz yaddaşıma da güvənə bilmərəm.

Mən deyirəm ki...

İnsan bəzən həyatdan bezir, cəmiyyətdən küsür, baş alıb tənhalığa – bir Allah bəndəsi tapılmayan səssiz-küysüz biyabana getmək istəyir. İstəyir ki, bir özü olsun, bir də Allahı. Nə o kimsəni görsün, nə kimsə onu.

Dünyanın bədbəxti

Kim bilir dünyanın yaşını? Biz bu dünyada niyə belə həvəslə, maraqla yaşayırıq? İstəyəndə işimizin xatirinə günləri, həftələri, ayları sayırıq. Bilmirik ki, bunlar ömrümüzdən gedir? Hansı hisslərlə yaşayırıq, İlahi!

Ağac və onun kötüyü

Bu daş, bu da tərəzi. İnanmırsan, özün çək, özün bax. Bəzən başlayıram dərdlərimi kağıza köçürməyə. Xəbər tutanda da deyirlər ki, belə olmaz, bir az yumşalt. Axı ağac kəsmək də Tanrının cəzasına tuş gəlmək kimidir.
[1] [2] [3]