Şerlər

Cığırlar

Yollardan cığırlar ayrılır,
Cığırlar yollardan sıyrılır.
Yollardan cığırlar-
od alıb gedirlər.

Həyat hekayəsi

Salam, dostum!
Yenə gözlərin yaş içində,
ürəyin titrəmədə…
Yaxşısı budur,
bu başdan o başacan,

İtən günlərim

Təkliyin ahına söykəyərək üzümü,
etibarlı dost soraqlaya-soraqlaya
nədənsə,
qənim kəsilmişdim doğmaya, yada.

Düşüncələr

Gecə doğulanda gələn ay olur,
Zülməti sonradan əridir, axır.
Bir dəfə olsa da xoş gün pay olur,
Hər kəsə ömründə ya əvvəl, axır.

Dumanlar kəsdi

Ömrüm əzizlənə, ömrüm bəzənə,
Xırda duyğulardan hey qaçmışam mən.
Ruhum sığışmadı bu yer üzünə,
İndi də göylərə əl açmışam mən,

Xəyallar qanadında

Hər şeyin sonu da
bilirəm,
yetəcək…
Sonuncu ümid də tükənir
sözlərdə.

Ümid

Səfalətlə,
ayaqyalın
keçdiyim yollarda,
toxum-toxum
zərrələnib bəxtim.
Qaratikanlar kimi,

Ehtiyat

Daha ehtiyata dözə bilmirəm,
Daha ehtiyatla gəzə bilmirəm,
Fikrimi, hissimi ağ vərəqlərə,
Daha ehtiyatla düzə bilmirəm.

Eşiyə çixmağa həvəsim var

Yağmayacaq ağ yağışlar,
Məni tutmayacaq qarğışlar,
Üstümə axacaq alqışlar.
Eşiyə çıxmağa həvəsim var.

Çevrilib getdin

... Nə vaxtsa
nəfəsinlə qızınmışam,
səsinlə titrəyib ürəyim.
Ayrılmışıq...
Ümidlərimiz
[1] [2] [3]