Fikirlər

Fikirlər

Font:      

İnsan həyatı, tələbat və vərdişlərdən ibarətdir.

*****

Bir vedrə suyu bir stəkana töksən, bir stəkan su olar.

*****

Gələnlər gediblər, Gəlmişik gedəcəyik, Gələnlərdə gedəcəklər.

*****

İnsanı formalaşdıran onun yaşadığı təbii mühütdür.

*****

İnsanın hər bir günü bütöv bir ömürdür.

*****

Bütün bizim həyat məkanımız dalğavaridir, məhz bu səbəbdən də gördüyümüz və duyduğumuz hər şey dalğavaridir.

*****

Hər kəs özünü ağıllı hesab edir, ancaq ən ağıllı olan belə ömrünün sonunda dərk edir ki, axmaq olaraq qalıbdır.



*****

Daim qidaya ehtiyac duyan canlı və cansız nə varsa qeyri təbiidir. Bəs o zamn təbii nədir? Qidaya ehtiyac duymayan obyekt və ya materiya .Bu isə ancaq qidanın özü ola bilər, daha doğrusu, enerji.

*****

Həyatda yaşamaq asandır, amma düzgün yaşamaq çətindir.

*****

Kainat sonsuzdur və insan beyni bunu təsəvvür edə bilmir, ancaq buna baxmayaraq onu öyrənir.

*****

Mənfi nəticə özlüyündə həm də müsbət nəticədir.

*****

Meyvənin tumundan əmələ gələn ağac cır olur. Peyvənd ağac və yaxud mədəniləşmiş meyvə almaq üçün calaq eləmək lazımdır, deməli təbiətdə yaradılmış əsl meyvələr cır olur.

*****

"Həyatda xoşbəxt o kəsdir ki, özünü sevməyi bacarır"

*****

"Uca Yaradan insanın səhv və günahlarını bağışlayır. Lakin insanın özü ömrü boyu etdiyi səhvləri və günahları özünə bağışlaya bilmir"

*****

"Hər birimizin maddi imkanı artdıqca, həll etməli olduğu problemləri də çoxalır"

*****

"Övladlarınızı həddindən artıq dərs oxumağa məcbur etməyin, çünki gün ərzində onlar yalnız bir insanın qəbul edə biləcəyi həcmdə məlumatı mənimsəyə bilərlər"

*****

"Həyatında hər- hansı bir problem və ya sual yaranarsa, cavabı özgələrdən soruşma, həmin sualın cavabını yalnız sənin qəlbin vermək iqtidarındadır"

*****

"Müəyyən problemin həlli üçün daşınmaz əmlak olan evin və torpağın satılması çıxış yolu deyildir. Hər bir problemin həlli üçün ən vacib amil - vaxtdır"

*****

"İnsan üzünə hər-hansı bir maskanı taxanda, güzgüdəki əksindən qorxur.Bu qorxu insanın xarici görünüşü ilə, həmin maskanın yaratdığı surət arasında olan uyğunsuzluqlardan irəli gəlir.Ancaq real həyatda öz daxili aləmini maska altında gizlədərək,çox asanlıqla müxtəlif cildlərə girən insanlar var, nəticədə onlar öz həqiqi simalarını itirirlər.Həmin insanlara belə bir məsləhət verərdim,təbiətin sizə bəxş etdiyi bu hədiyyəni itirməmək üçün, tez- tez güzgüyə baxın"

*****

"Hər bir insan öz həyatının müəyyən dövründə səhvlərini dərk edərək, "əgər yenidən anadan olsaydım, belə yaşamazdım və etdiyim səhvləri təkrarlamazdım", deyir.Əslində isə yenidən doğulmaq yox, həyatı başqa cür davam etdirmək lazımdır"

*****

"Qeyb Allaha məxsusdur, qeybin mövcudluğu gözlə görünməyən başqa bir fəzanın varlığının göstəricisidir"

*****

"Bəzən insanlar bizim kainatın hansı ölçüdə olması sualına, "çox böyük bir məkandır" cavabını verirlər. Yəqin ki, bu belədir.Kainatımız doğurdan da, biz gördüyümüz ölçüdədir. Çox güman ki, bizim baxışlarımız onu "güzgülü" və yaxud ona oxşar bir tərzdə görür."

*****

"Real həyatdan uzaqlaşmaq istəyirsənsə, musiqiyə qulaq as."

*****

"Nuh peyğəmbər öz gəmisinə hər canlıdan bir cüt götürmüşdü.Gəmi deyərkən, mən kosmik gəmini nəzərdə tuturam.Kosmik gəmi vasitəsilə, Yer üzünə başqa planetlərdən insanların və təbiətdəki canlıların hərəsindən bir cütünün gətirilməsini, ehtimal etmək olar."

*****

"Diriltmə prosesi- hər bir insanın genetik koduna görə baş verəcək."

*****

"Biz insanların kosmik informasiyaya malik olmamağımızın səbəbi, özündə Yer informasiyası daşıyan, Yer kürəsi məhsulları ilə qidalanmağımızdır."

*****

"Ruh- əsas məsələ onun əmələ gəlməsidir.Ruhun yaranması, ana bətnində olan rüşeymdə baş verən proseslərlə birbaşa bağlıdır. Ruh- informasiya blokudur, o, daima formalaşır və inkişaf edir."

*****

"İnsan özünü dərk etdiyi andan etibarən, ölüm haqqında düşünür."



Oxunub: 3788

Şərhlər: 13
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax