Məqalələr

Bizim antimaddi dünyamız

Font:      

Elm Kainatın yaranmasını bir nəzəriyyə ilə – böyük partlayış nəzəriyyəsi ilə izah edir. Alimlərin fikrincə partlayışa qədər heç bir şey olmamışdır və bu “heçdən” daha dəqiq desək sinqulyar nöqtədən böyük partlayış baş verib. Vaxtilə baş vermiş partlayış bu gün də genişlənir. Partlayış və ardınca davam edən genişlənmə Kainatın başlanğıcına səbəb olmuşdur.
Partlayışın ilk anında hərarət çox yüksək idi, sonra isə get-gedə müəyyən hərarət rejiminə qədər enir. Böyük partlayışın başdan bəri hər bir fazasında qaz əmələ gəlirdi, get-gedə zərrəciklər əmələ gəlməyə başladı ki, bunlardan da materiya yarandı. Zərrəciklər və antizərrəciklər yarandı, daha doğrusu nüvənin əsas hissəsi - korpuskullar yarandı. Zərrəciklər və antizərrəciklər foton, kvark və antikvark, sonra isə proton və neyrotronlar əmələ gətirməyə başladılar. Bütövlükdə - mikrozərrəciklər əmələ gəldi. Bu zərrəciklərin əmələ gəlməsi ilə paralel olaraq onların antizərrəcikləri, başqa sözlə desək – materiya və antimateriya da əmələ gəldi. Bununla belə formalaşma prosesində materiyanın və onun antipodlarının müqaviməti baş verirdi ki, nəticədə bu və yaxud o biri struktur qələbə çalırdı və o da yeni məhsulun meydana gəlməsinə şərait yaradırdı. Hərarət stabilləşib normaya düşəndə, müəyyən məqamda materiya və antimateriya arasındakı uyğunluq materiyanın xeyrinə pozulurdu – o hardasa bir az da yüksək mövqelər tuturdu və o materiya indi - Kainat kimi qəbul edilir.
Bu gün elm xadimləri, Böyük partlayışı əsas amil kimi qəbul edərək, bu prosesin bütün fazalarını araşdırmağa çalışırlar. Əgər Kainatın inkişafı dövründə nəticə etibarı ilə bir - birini tamamlayan materiya və antimateriya əmələ gəlmişdisə, deməli materiya və antimateriyanın meydana gəlməsi və formalaşması üçün vacib olan yetərincə uzun faza – zaman olmuşdur. Antimateriyanın yaranması və onun bazasında materiyanın meydana gəlməsi bizi 2 dünya – maddi və antimaddi dünyanın mövcud olması fikrinə yönəldir. Materiya və antimateriyanın mövcudluğu elmlə bu gün sübut olunub və Kainatın inkişafında onun vacib rol oynaması tez-tez vurğulanır, daha doğrusu materiya olmasaydı, antimateriya da olmazdı. “Materiya” məfhumunda həmən materiyalar, gözlə görünməyən , ancaq mürəkkəb texnikaların köməyi ilə görmək mümkün olan - atomlar, protonlar, fotonlar və elektronlar da cəmləşmişdirlər. Elm bu gün sübut etmişdir ki, əgər materiya varsa , antimateriya da mütləq vardır. Əgər insanı maddi varlıq kimi götürsək, deməli onun buna müvafiq olaraq antimaddi cismi də vardır. Bəs bu antimaddicisim haradadır? Ola bilsin ki, o, paralel dünyada yaşayır. Antimaddi cismin həyatı, onun maddi varlığını müşayiət edir.
Oxşar tandem belə fərz edir ki, əgər maddi cisim hansısa bir hərəkəti yerinə yetirmək istəyirsə, onda o, antimaddi cisimlə birgə yerinə yetirir.
Zərrəciklərin və antizərrəciklərin mövcudluğunu sübut edən elm, paralel aləmin də mövcud olması faktını dolayısilə sübut edir.



Oxunub: 6676

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax