Məqalələr

Yerin tavanı

Font:      

İnsan ömrü boyu, şüurlu surətdə onu əhatə edən ətraf mühiti öyrənir və çalışır ki, onu narahat edən suallara cavab tapsın. Bu axtarışlar yalnız bir məqsəd güdür - düzgün həyat qurmaq.
Bir dəfə mən təyyarənin pəncərəsindən buludlara baxarkən istər-istəməz öz-özümə sual verirdim: niyə bu buludlar müəyyən səviyyədə və müstəvidə üzürlər? İnsanda, sanki onları yuxarı qalxmağa qoymayan hansısa bir hədd var kimi təəssürat oyanır.
Quranda belə bir ayə var ki, orada deyilir “ Tanrı siz insanlar üçün göydə gözə görünməyən bir tavan yaradıb.” Əgər bu sözləri buludlara aid etsək görərik ki, Quranda deyilən göydəki tavan yəqin ki, buludları yuxarı qalxmağa qoymayan həddir . Bəs bu “tavan” nədir?
Mən bu prosesi təhlil edərək, çalışdım ki, izah edim. Məlumdur ki, yerdəki su daima buxarlanır. Buxar halında göyə qalxır və biz bilirik ki, həmçinin 0 dərəcə selsidə su buza dönərək donur. Suyun buxarlanması havanın orta temperaturunda, fəsildən asılı olmayaraq gecə-gündüz baş verir. Göydə havanın temperaturu sıfır və mənfi dərəcə olur, buna görə də buxarlanmış su donur və öz hüdudundan yuxarı qalxa bilmir.
Göydəki həmin “tavanın” həddi, elə yerin tavanıdır. Yerlə göyün fərqi bu həddən başlayır. Havanın temperaturundan fərqli olaraq buludlardan yağış ya da qar yağır. Daha doğrusu mənfi temperaturda yerə qar, müsbət temperaturda isə yağış yağır. Bu şəkildə də su yerlə göy arasında sirkulyasiya edir.
Əgər müxtəlif temperatur rejimlərinə görə nizamlanan bu tavan olmasaydı, yer üzündə heç bir həyat və mövcudluq olmazdı.



Oxunub: 5170

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax