Məqalələr

Dejavyu

Font:      

Bizim həyatımız çox mürəkkəb, sirli olduğundan, biz insanlar əsrlər boyu bizi narahat edən sualların cavabının daim axtarışındayıq. Hər bir insan həyatında dejavyu olan bir proseslə rastlaşıb. Dejavyu nə deməkdir? Həyatda bir hadisə baş verir və insan bunun nə vaxtsa olduğunu yəqin bilir, lakin yadına sala bilmir və bu psixoloji hal – Dejavyu adlanır. Bu hal elmə məlumdur və yetərincə araşdırılmışdır. Bəzən rastlaşdığımız bir hadisəni daha əvvəl də yaşadığımız və ya ilk dəfə getdiyimiz bir yerdə, daha əvvəl də olduğumuz kimi hisslər yaranır ki, bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər.
“Dejavu” fenomeni daima psixoloqların diqqət mərkəzində olmuş və bu gün də tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır.
Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Hər kəsin həyatında ən azı bir dəfə yaşadığı bu duyğu heyrətləndirici, anlaşılmaz, müəmmalı və bir az da qorxuducudur. Bir çox insan dejavu effektini psixi bir təcrübə olaraq qəbul edir. Bəzilərinə görə isə bunlar əvvəlki həyatlarımızın dəvətsiz çıxıb gələn ani kadrlarıdır. Araşdırmalar getsə də, hələlik dejavu effekti bizim üçün bir müəmma olaraq qalmaqdadır.
Dejavyu haqqında bir çox nəzəriyyələr var, hətta belə bir nəzəriyyə var ki, insan keçmişdə bir və ya bir neçə dəfə həyat sürüb və hər birində müxtəlif sənət sahibi və fərqli cinsdə olub.
Son günlərdə yayılan yeni bir ideyaya görə, dejavu prosesinin səbəbi yuxusuz və ya yorğun olan zaman sağ və sol beyin yarımkürələri arasında informasiya mübadiləsinin gecikməsidir. Yəni bir yarımkürə ilə artıq almış olduğumuz məlumatı digər yarımkürə ilə qəbul edəndə həmin hadisəni təkrar yaşayırmış kimi hiss edirik.
Sözsüz ki, bu nəzəriyyələri nə sübut, nə də inkar etmək olmur. Bu məsələyə öz yanaşmamı sizinlə bölüşmək istərdim. Proseslərdə baş verən bütün məqamları mikrocismlər və onlara xas olan qanunauyğunluqlar yaradır. Mikrocismlər və ya kvantların özlərində baş verən qanuni proseslərin nəticəsində, elmə sirli olan proseslərə cavab tapmaq olur. Bu hadisələr insan orqanizmində olan mikrocismlərdə də olur. İnsan bunu hiss etmir, ona görə ki, hər bir hissetmə onun şüuru vasitəsilə qavranılır. Şüur isə onu qavraya bilmir.
Bu günkü elmi nəticələr onu deyir ki, mikrocism və ya kvantın tədqiqi zamanı məlum olur ki, kvant makrocismlərdən fərqli olaraq eyni vaxtda bir neçə nöqtədə yerləşə bilir. Başqa sözlə desək bizim həyatımızda hər bir şey vibrasiya edir. Əks sədanı misal üçün götürsək, bunu təsəvvür etmək olar.
Hər birimizin səsinin əks səda verməsi necədirsə, insanların, təbiətin də hər bir hərəkəti o cürədir – vibrasiyalıdır. Vibrasiyalı hərəkət zamanı, hərəkət edən müxtəlif nöqtələrdə olur və bu halların hər biri digərlərinə oxşayır, amma onlar eyni deyil. Bu mənada demək olar ki, insan özü də bir neçə hallarda mövcuddur. İnsanın şüuru isə onu bir halda görür. Biz şüuru ləğv etsək və ya onun fəaliyyətini özümüzdə sıfıra endirsək, onda biz eyni zamanda bir neçə halda və ayrı - ayrı istiqamət inkişafında yaşamış olarıq.
Dejavyu yəqin ki, - digər hallarda baş verən hadisələrin, insanın indiki vaxtında yaşamasıdır. Yəni əgər mənə və ya başqa bir insana bir hadisə tanış gələrsə, biz bunu digər halda olmuş bir hadisə kimi qəbul etməliyik.
Bu cür informasiya şüur tərəfindən gecikmə ilə dərk edildiyinə görə, ikili hissetmə halları baş verir.
Düşünürəm ki, belə haldan dəhşətli dərəcədə təşvişə düşmək lazım deyil, daha doğrusu özümüzü gələcək səhvlərdən, yanlış hərəkətlərdən qorumaq lazımdır.


16.08.2012



Oxunub: 7700

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax