Məqalələr

Dəvə

Font:      

Hər bir şey Allah tərəfindən yaradılmışdır və heç bir şübhə yoxdur ki, bütün canlı varlıqlar təkrarolunmaz xüsusiyyətlərinə görə, Yaradanının sonsuz gücünə və idrakına sübutdurlar.
Quranın bir çox ayələrində, Tanrının hər yaratdığının «işarə və ibrətə» xidmət etdiyi haqda xatırlanır.
88 –ci surənin 17-ci ayəsində hədsiz diqqət və düşüncə tələb edən heyvan, - “dəvə” haqqında danışılır. “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır ? ” sualı ilə bizim diqqətimiz bu varlığa cəlb edilir. Çox güman ki, bu ayə dəvənin qeyri adi bir xüsusiyyətlərə malik olması ilə, bir daha Allahın möcüzəvi yaradılmışlarından biri olmasına bir işarədir. Belə isə dəvəni başqa heyvanlardan fərqləndirən cəhətlər haqqında toplanmış məlumatlara bir daha nəzər salaq.
Dəvə iri cüssəli olmasına baxmayaraq çox həssas və tabe olan bir heyvandır, hansı ki, onun kimi çöldə yaşayan heyvanlardan çox fərqlidir. Doğurdan da dəvənin yaradılmasında böyük hikmət və əsrarəngiz işlər vardır. Onun xarici görkəmi nə qədər nahamar, iri, boyunu əyri, ayaqları uzun olsa da, bütün bunlar ona bir o qədər yaraşıq verir, о, nəhəng heyvan olmasına baxmayaraq yumşaq, həlim və hamıya lütfkardır. Onun iri və qara gözləri, baxışları mərhəmətli və mehribandır. Belə bir güclü heyvan hamıya tabedir. Bu möcüzəvi heyvan bir dəfəyə 200 litrə qədər su içə bilər. Dəvələr tək və cüt donqarlı olurlar. Hesab edilirdi ki, donqarlarda su ehtiyatı yığılır, əslində isə dəvələrin donqarı su saxlamaq üçün deyil. Onun donqarlarında bədənin bütün qalan hissəsinin yüksək hərarətini aşağı salmağa kömək edən piy yığılır. Bu heyvanların bədəninin hərarəti gün ərzində 34 dərəcə selsi ilə 41 dərəcə arasında dəyişir. Onların xəzi günəş işığını əks etdirir və bədənlərini yüksək hərarətdən müdafiə edir.
Bütün canlıların vitaminlərə ehtiyacı var. Heyvanlar bu vitaminləri bitkilərdən alırlar. Dəvə isə əksinə, özü bu vitaminləri emal edir. Dəvələrin qeyri adi xüsusiyyətlərindən biri də onların lazım olan vaxtda küləkdən və qumdan qorunmaq üçün öz burun deşiklərini tamamilə bağlaya bilməsidir. Əgər dəvə yatmağa və ya sadəcə istirahət etmək üçün uzandısa, onu özü bunu istəməyənədək onu qalxmağa məcbur etmək qeyri-realdır.
Onun yerişi asta, aram, lakin sürətlidir. Hər bir heyvanın ayaqlarında bir dizi, amma dəvənin hər bir ayağında iki dizi vardır. Dəvə oturan vaxtı ayaqları iki dəfə bükülür. Dəvənin boynu əyri və uzundur. Bu, onun belinə minmək üçün pilləkən əvəzi olur. O, otlayan zaman onun əyri boynu açılır, uzanır, yerdən ot və su götürə bilir. Onun dizlərində çox qalın piy kütləsi var ki, o da “yastıq” rolunu oynayır və dəvə ağır yüklə yerə diz vurduqda bu piy təbəqəsi onu zədələnməkdən qoruyur.
Bu gözəl və nəhəng heyvan, öz varlığı və fərqli xüsusiyyətləri ilə bizə Yaradanın təkrarolunmaz möcüzələrindən xəbər verir.



Oxunub: 7980

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax