Məqalələr

Pislik hissi

Font:      

Pislik hissi - başqa hisslər kimi insan üçün bəşər tarixi qədər ömrü olan mühüm bir haldır. Sağlam düşüncəli insan gərək pislik kimi bir hissdən uzaq olsun. İnsan ona pislik edənə yaxşılıq etməyə çalışmalıdır və yaxud da bunu Tanrı öhdəsinə buraxmalıdır. O, pislik kimi xoşa gəlməyən əməllərdən uzaq olmaqla, xeyirxahlığın toxumunu səpməklə, dünyanı sülhsevər edər. Hər kəsə pislik edəni bağışlamaq və onunla barışmaq tövsiyə olunur, bir insanın digər bir insanı lağa qoyması, insanların biri-birinə rişxənd etməsi pislənilir, insanlara bir-birinin eyblərini, sirlərini arayıb axtarmaq, biri - birinin qeybətini qırmaq kimi pis əməllərdən uzaq olmaq tövsiyə edilir və bunun da mükafatı vəd edilir. Bu haqda Qurani Kərimin 42-ci surəsinin 40 –cı və 43 –cü ayələrində, həmçinin 49-cu surəsində bildirilmişdir. Pislik etmək və ya qisas almaqla pislik etmək eynidir. Pislik edən onsuzda bu əməli edəndə nə isə bir ad qoyur. Heç kim demir ki, mən pislik etdim, əksinə deyirlər ki, əsəbi oldum, hirsləndim ya da qarşı tərəf düzgün hərəkət etmədi və s. Nəticədə isə pis əməl həyata keçir. Hətta hər hansısa bir bəraəti olsa da belə qisas - pislikdir. Bir qayda olaraq eyni yolla qisas alan insan, neqativ emosiyalara və hislərə uyaraq pilik eləmiş olur, bunun nəticəsində də insanın psixikası pozulur və insan haqq yolundan azır, yanlış yola düşür. Qisasdan çəkinməklə insan özünü pis əməldən qoruyur, öz təmiz psixikasını, pak qəlbini qorumaqla İlahi elmini dürüst başa düşməkdə davam edir. Biz insanlar bəzən unuduruq ki, bütün insanlar Tanrının qullarıdırlar və O, hər bir insanı müəyyən bir dövrdən sonra haqq yoluna gətirir. Müəyyən insanlar tövbə edib haqq yoluna gəlirlər. Bu gün pislik edən insan sabah tövbə edib dürüst bir insan ola bilər, və həmçinin əksinə çünki heç kim səhv etməkdən və yolunu azmaqdan sığortalanmayıb. Bəlkə də sizə pislik edəni bağışlasanız və ya ona yaxşılıq etsəniz, o adam öz hərəkətindən utanıb, xəcalət çəkib haqq yoluna gələr. Və bununla da bir adamın haqq yoluna gəlməyində sizin böyük rolunuz olar və bu da sözsüz ki, böyük mükafata layiq görülər. Pislik etməyin, ancaq yaxşılıq edin və bütün insanları sevin, çünki onlar Tanrının bəndələridirlər.



Oxunub: 6693

Şərhlər: 4
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax