Məqalələr

İki aləm arasında mübarizə

Font:      

İnsan, yaşadığı maddi aləmin qanunauyğunluqlarını öyrənərək onu dərk etməyə çalışır. Bu məqam bəzi hallarda ona uyğun, bəzi hallarda da çətin başa düşülən vəziyyətdə olur. Çünki insan özünün görmə və hissetmə orqanları ilə həm yer kürəsindəki aləmi, həm də kosmik aləmi dərk etdiyi vaxt, buradakı oxşar qanunlar eyni halda işləmir. Yəni Yer kürəsində tətbiq edilən fiziki qanunu, kosmosda eyni qaydada tətbiq etmək olmur. Digər tərəfdən insan orqanizminin potensialı Allahın yaratdığı, digər fəzalarda olan varlıqları da hiss edib və görə bilmir. Bu faktlar, insanın gerçəklikdə baş verən prosesləri izləmək, oradakı qanunları anlamaq və dərk etməsi üçün çətinlik yaradır. Ona görə də Quran kitabındakı bir çox elmi məlumatlara yiyələnmək və onları düzgün təsəvvür etmək və nəticədə yazılanlara inanmaq olmur. Amma bu məqamlara baxmayaraq bütün insanlar bilirlər ki, insanın yaşaması üçün Allah tərəfindən qoyulmuş elmi proseslər nəticəsində Yer kürəsi və onun ətrafı nəzarət altında qorunur. Bu məqamı ən sadə bir insan belə hiss edir və görür. Allah tərəfindən insan cəmiyyəti qorunur. Bu vəziyyətlə əlaqədar Quran kitabının 72-ci surəsinin 8-10 ci ayələrindəki çox maraqlı məlumatları diqqətinizə çatdırıram.
“Biz göyə qalxdıq, amma onun güclü gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük ”.
“Biz qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu pusduğunu görər ”.
“Biz bilmirik ki, yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir ”.
“Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq”.
“Biz anladıq ki, yerdə də olsaq, qaçsaq da belə Allahdan canımızı qurtara bilmərik ”.
Bu ayələrdən məlum olur ki, hər zaman gözə görünməz varlıqlar arasında, insanların Yerdə rahat, firavan yaşaması uğrunda daim mübarizə gedir, lakin biz – insanlar bu məqamları nə görürük, nə hiss edirik, nə də bilirik. Ola bilsin ki, Yerdə yaşayanlar və kosmosda yaşayanlar arasında gözlə görünməyən incə bir hədd var ki, o da bizim kainatı bəladan, şərdən qorumaq kimi missiya həvalə edilmiş o varlıqları görməyə imkan vermir. Əks halda insanlar üçün yaşamaq və inkişaf etmək çox çətin olardı. Güman edirəm ki, bu məqamın sayəsində, bəşəriyyət irəli getdikcə təkmilləşir.
Biz insanlar Allaha daim şükür etməliyik və özümüzün kobud, nalayiq hərəkətlərinə görə bizi bağışlamasını diləməyə borcluyuq. Bunun üçün namaz qılmaq, ibadət etməyə lüzum yoxdur. Gündəlik həyatımızda Allaha minnətdarlığımızı dilimizə gətirməklə öz mədəniyyətimizi göstərmiş oluruq. Allah hamımızı qorusun. Amin!



Oxunub: 5382

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax