Məqalələr

Reinkarnasiya - əfsanədir yoxsa həqiqət?

Font:      

Reinkarnasiya - ölən adamın ruhunun, başqa bir adamın bədəninə keçməsinə deyilir. Bu fikir lap qədim zamanlardan filosofların diskussiya mövzusu olubdur. Dünyanın ən tanınmış filosoflarının əksəriyyəti bu fəlsəfi anlayışı qəbul ediblər, bəziləri isə mümkün olma ehtimalı ilə razılaşıblar. Bir çox alimlər də əksinə heç cür bu prosesi qəbul etmirlər. Sübut üçün təqdim olunan faktlar, yazılar, əsərlər və s. Reinkarnasiya prosesini qəbul etmək üçün yetərincə bəs eləmir. Bu prosesdə əsasən ölən insanın həyatında baş verən hadisələr haqda, digər insan başqa bir zaman və başqa bir məkanda danışır. Yəni ölən insanın başına gələn hadisələri həyatda olan birisi öz başına gəlmiş kimi təsvir edir. Burada proses insanın təltəlşüurundakı məlumatların şüura verilməsi kimi təqdim olunur.
Biz də bilirik ki, insanın təltərşüuru onun ruhunda, şüuru isə onun bədənində yerləşir. İnsanın ruhunda olan təltəlşüurun məlumatları digər insanda olması faktına görə Reinkarnasiya prosesinin mövcudluğunu təsdiq edirlər. El arasında, dindarlar arasında belə bir inanc var. Məsələn: İnsan xəstəhal olur və ona heç bir diaqnoz qoyula bilmir. Onda deyilir ki, bu adamı ruh, ölən adamın ruhu tutub. Buna görə müəyyən ayinlər həyata keçirməklə həmin insanı müalicə edirlər.
Məlumdur ki, insanın energetik cismi iki energetik cisim - yumurta və sperma hüceyrəsinin sintezi anında cəmlənmiş kosmik enerjidən yaranır. Yarandığı ilk andan energetik cisim kosmik şüur və arxaik şüuraltının məzmunu ilə əlaqəlidir və yarandıqdan dərhal sonra energetik cisim şüuraltı vasitəsilə struktur quruluşu üçün maddi cismə informasiya ötürməyə başlayır. Energetik cisim ölməzdir. O insan dünyaya gəlməzdən öncə olub və onun ölümündən sonra kosmik şüurun tərkib hissəsi kimi mövcudluğunu davam etdirmək üçün onun maddi cismindən ayrılaraq yaşayacaq. Biz bilirik ki, insan bədənində energetik cisim ,başqa sözlə desək - ruh yerləşdirilmişdir. Yuxarıda deyilənlərə əsaslansaq bilərik ki, insan hələ ana bətnində rüşeym halında olarkən ruhunun köməyi ilə özünün təltəlşüurunun informasiya bazasını yaradır. Təltərşüurun formalaşmasında Kainatın informasiyasından istifadə olunur ki, bu da onun inkişafında bilavasitə əsas rol oynayır.
Ölən insanın ruhunun diri insanın ruhuna və ya cisminə keçməsi - Reinkarnasiya prosesi haqqında mülahizələri yekunlaşdıraraq, öz fikrimi bildirmək istərdim - Reinkarnasiya mövcud deyil çünki, insan doğulduğu ilk andan, elə rüşeym halında olarkən, özünün ruhuna malik olur və heç bir yad ruh onu cisimdən sıxışdırıb çıxara bilməz.



Oxunub: 2870

Şərhlər: 3
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax