Məqalələr

Proqramlaşdırılmış həyat

Font:      

Dünyanı dərk edən andan insan cənnət və cəhənnəm anlamlarını eşidir və onları dərk etməyə çalışır. Bütün dinlərdə bu iki məkanın mövcudluğu haqqında mövzuya toxunulur və insan həyatının bu iki məkanlarda keçməsi haqqında məlumatlar verilir. Düzdür, bəzi insanlar bu məlumatlara bir az skeptik yanaşır və hətta öləndən sonra diriləcəyinə belə inanmırlar. Sözsüz ki, bütün səmavi kitablarda, ələxsus da Quran kitabında, onları cənnət və cəhənnəmə inanmağa çağıran ayələr verilib. İnsan özü həyata gəlsə idi, onun inanmamağa hüququ çatardı. Lakin biz insanlar ancaq Allahın iradəsi ilə dünyaya gəlirik və sözsüz ki, ancaq o bizi istəsə təkrar yarada bilər. Deməli cəhənnəm və cənnət məkanlarına da inanmamağa heç bir səbəb və şübhə yoxdur.
“Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!”
Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?). O, yazılı bir kitabdır!”.
“Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir.
Xeyr! (Möminlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!
Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!
O, yazılı bir kitabdır.”
Yuxarıdakı ayələrdən məlum olur ki, bu iki məkanda baş verən proseslər yazılı bir proseslərdir və onlar da adları çəkilən Siccini və İlliyan kitablarında öz əksini tapmışdırlar. “Kitab” sözünü bu anlayışın geniş mənasında başa düşməliyik. Yəni bu proseslər, yazılı bir proqramdır ki, bütün baş verən və baş verəcək hadisələr onun çərçivəsində cərəyan edəcəkdir. Və nə qədər ki, belə paylaşdırma mövcuddur, deməli bu məkanlar da öz daimiliyini qoruyub saxlayacaqlar. Bu oxşar (təkrarlanan hadisələrə) məqamlara ehtimal edərək demək olar ki, Yerdə baş verən hadisələr – yazılı proqramdır. Buna baxmayaraq, biz insanlara bu proqramda hansı proseslərdə yaşamaq seçimi verilir, hansı ki, bununla da gələcək seçim müəyyənləşir. Ona görə seçimdə səhv etmək olmaz.



Oxunub: 2681

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax