Məqalələr

Bərzəx aləmi

Font:      

Dini kitablardan, həmçinin də Qurandan götürülmüş informasiyaları analiz edərkən, mən “Bərzəx” sözünə rast gəldim və bu sözün nə məna kəsb etməsi məni çox maraqlandırdı. Məlum oldu ki, bu söz, qapısız divar mənasını daşıyır ki, bu da Ulu Tanrının taxtı-tacını və göyləri ayırır. Quran surələrindən birində deyildiyi kimi, ölümdən sonra və sorğu-suala çəkilməmişdən əvvəl insanın ruhu Bərzəx aləminə keçir. Ruh hər şeyi dərk edir və hiss edir, ona görə də əgər insan günahkardırsa, onda bu mərhələdə onu cəzalar gözləyir, yox əgər günahsızdırsa, məsumdursa o, şad olur. Məhz Qiyamət günü bu vəziyyət sona yetəcək və hər kəs, ona hansı gələcək əbədi həyatın təyin olunduğunu biləcək.
Bərzəx aləmi – qiyamət gününə qədər durulan yer (insan öləndən sonra qiyamətədək qalacaq aləmdir).
Bərzəx iki aləm arası Dünya ilə axirət arası olan aləmdir. Çox sıxıntılı bir yerdir. Ölülərin ruhlarının qiyamətə qədər qalacaqları yerdir. Bu barədə Quranda deyilir, “ Onların arxalarında dirilib duracaqları günə ( Qiyamətə) kimi Bərzəx vardır”(23. 100).
“Allah yolunda öldürülənləri heç də ölü zənn etmə!” Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər.”(03. 169)
Beləliklə, bu ayələrdən görünür ki, insan ölmür, o, dünyasını dəyişir. Bu Bərzəx adlanan aləmdə insan ruhu həm qidalanır, həm də müxtəlif emosional hisslərlə rastlaşır. Qiyamət gününə qədər insan taleyinin müqəddəratının bir hissəsi bu aləmdə təyin olunur.

2011-01-13



Oxunub: 3029

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax