Məqalələr

İblisın 6 rəqəmi haradan qaynaqlanır?

Font:      

İnsan həyatı boyu müxtəlif real və mistik informasiyalarla dolu məqamlarla qarşılaşır. Bunların bəziləri həmişə bizlərə çoxlu suallar yaradan mövzuları araşdırmaq istəyi yaradır. Bu mövzulardan biri də iblis və onunla bağlı suallardır. Biz həyatımızda iblisi 6 və ya 666 kimi rəqəmlərlə ifadə edirik. Bu nə dərəcədə düzdür və ya nə dərəcədə mistikdir?
Bu sualla bağlı mən heç bir ədəbiyyatdan məlumat almadığımdan özüm araşdırmağı qərara aldım.
Bizə dini ədəbiyyatdan məlumdur ki, əbədi həyat cənnətdə və cəhənnəmdədır. Bizim bu həyat müvəqqəti bir yaşayış məskənidir və hər bir insan dünyasını dəyişəndən sonra cəhənnəmə və ya cənnətə layiq görülür. Bu hər iki məkan əbədi olaraq bir məskən yeridir. Biz bilirik ki, 5 cənnət məkanı yeri var və insanlar öz yaxşılıq dərəcələrinə görə bu cənnət məkanlardan birinə layıq görüləcək. Cəhənəm məkanı isə birdir və sıralanma ilə birinci 5 cənnət məkanı gələndə 6-cı yer cəhənnəm olur. Belə qənaətə gələ bilərik ki, əbədi məkan yerlərindən məhz 6-cısı cəhənnəmdir.
Yenə də dini ədəbiyyatdan bilirik ki, bu günə qədər insanlara 124000 (yüz iyirmi dörd min) peyğəmbər göndərilib. Bu peyğəmbərlərın axırıncısı, yəni 124000-cısı Məhəmməd peyğəmbər, ondan əvvəlki isə İsa peyğəmbər olub. Biz bilirik ki, iblisə həm də antixrist də deyilir. Çünki iblis yer kürəsındə o qədər zalımlıqlar edəcək ki, sonda İsa peyğəmbər göydən yerə enəcək və iblisi məhv edib hökmranlıq edəcək. Bu məlumat həm xristian , həm də islam dininə aid dini kitabələrdə qeyd olunur. Bu gözlənilən hadisələrı tam ətraflı Məhəmməd peyğəmbər ona verilən suallar vaxtı aydınlıq gətirmişdir. İblis də İsa peyğəmbər ilə döyüşdüyünə görə, ona antixrist adı da deyilir. Belə olan təqdirdə İsa peyğəmbər Allah tərəfindən insanlara göndərilən 123999-cu peyğəmbərdır. Bu rəqəmlərı araşdıranda maraqlı məqamlarla rastlaşırıq. Belə kı, 1+2+3+9+9+9 rəqəmlərini üst-üstə topladıqda 33-ə bərabər olur. Biz də bilirik ki, İsa peyğəmbər 33 il insanlar arasında olub. Sonra bu rəqəmi , yəni 123999 tərsinə çevirəndə (iblis onun əksi olduğu ücün) 666321 olur. Bu zaman isə 666 rəqəmlərinə rast gəlinir ki, bu da öz növbəsində iblisi təmsil edir. (sonrakı 321 rəqəmlərini bir-bir topladıqda, yəni 3+2+1=6 və 3x2x1=6 olur)
Bu variantlar və kombinasiyalar məni 6 rəqəmının iblisə aid olmasını fikirləşməyə vadar edir.
Ümumiyyətlə, həyatda rəqəmlər həmişə danışır. Rəqəmlərin də müəyyən qanunauyğunluqlara tabe olması yəqın ki, reallığı əks etdirə bilir. Ona görə də insanlar həmişə rəqəmlərə fikir vermiş, onları sevmiş və ya onlardan qorxmuşlar.

2011-01-13



Oxunub: 3546

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax