Nəsr

Ölüm anı

Font:      

Qarşımdakı o işıqlı yolla üz tutub gedən gənclik idi, mənsə onun arxasınca düşüb onu izləyirdim. Bir xeyli yol gedəndən sonra mən soruşdum:
– Biz haradayıq belə?
O cavab verdi:
– Şübhələr meydanında.
Mən isə dedim:
– Gəl qayıdaq.Vahiməli yerlər məni qorxudur.
Ancaq o dedi:
– Döz, axı bura şübhələri dərk etmək üçün lazım olan yolun başlanğıcıdır.
Elə bu vaxt ətrafıma boylanıb gördüm ki, bütün yer üzü mənim hüzurumdadır. Qaranlıqda duraraq insanların bir-birindən məxfi görəcəkləri həyat tapmacasını açmağa çalışdım. Kaş ki, bütün bunlar bir yalan olardı və mən heç nə görməzdim, dözməyib bağırdım.
Ay artıq kiçilməkdə idi, amma təmiz səmada hələ də par-par parıldayırdı. Əsrarəngiz alaqaranlıq çöksə də, sanki ağaclıqların altına tökülmüş albalı çiçəklərinin xoş ətri havanın üzərinə hopmuşdu. Ətraf sakit və hərəkətsizdi. Bütün əsəblərimi vəsfəgəlməz bir hiss bürümüşdü. Yan-yörəmdən xeyli məsafəyə qədər uzaqlaşmış gənclik qoca atasının qolundan tutub, onunla yan-yana, ağır-ağır, gəzə-gəzə nəsə danışırdı. Qoca dinməz-söyləməz oğlunu dinləyirdi. Onların sakit və şirin söhbətlərinə heç nə mane olmurdu. Mən birdən-birə elə bir aləmə düşmüşdüm ki, burada heç bir rütbə və mənsəb yox idi. Və mən bütün qəlbimlə, bütün varlığımla hiss edirdim ki, mən səmanın sinəsi üstündə gəzirəm və hər bir səsi, hər bir sözü diqqətlə dinləyirəm. Sonra isə daha heç nə görmədim, artıq o səsi də eşitmədən huşum özümə qayıtdı.



Oxunub: 820

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax