Nəsr

Etiraf

Font:      

Əvvəllər olduğu kimi, mən yenə də təsəvvürlərimin, daxili duyğularımın əlində buxov kimi sıxılaraq boğuluram. Qurduğum xəyallar aləminin yeri bomboşdu. Orada quru yellər əsir. Ürəyimi əslində sıxa biləcək, darıxmağa səbəb olacaq heç nə yoxdur. Mənasız (tutalım mənalı olsun, nə fərqi var), mənə aid olmayan bir hadisə niyə həyatımda müəyyən rol oynamalıdır? Xeyr, daha xasiyyətimi tamamilə dəyişməliyəm...
Əslində, həyatın istənilən anında, istənilən yerində hər birimiz öz-özümüzlə tək-tənha qala bilərik. Hər şeyin öz mənası, yeri və dəyəri var. Bu münasibət torpaqda çalışan zəhmətkeş kəndlilər və cəmiyyət tərəfindən seçilmiş insanlar arasında da mövcuddur.
Hər halda dünyagörmüş adamlarla söhbət etmək adama xoş təsir bağışlayır. Bu, belədir. Mən isə darıxdığım üçün ağlayıram. Elə isə, əziz dost, onda söylə görüm simamızdan əskik olmuş o şaqraq gülüşlərimiz hara qeyb olub? Rahatlığımıza nə olub? Həyata olan sevgimizi yadırğamışıq? Kaş məni sevənlər bilərdi ki, necə darıxıram. Göz yaşlarım aman vermədən axıb gedir... Qəlbimin çığırtıya bənzər səsi var. Mən onu eşidirəm. Məgər özümdən başqa bir kəs də bunu eşidir? Bu nə haraydı, nə qışqırtıdı?..
Sizə deyim ki, öz qələmimə ona görə imkan verməmişəm ki, məni söz burulğanında bacarıqlı hesab etsinlər. Əksinə, bu məşğuliyyətimlə kədərimi yox edib, məni göz yaşı tökməyə məcbur edən damcıları sıxıb qurutmuşam.
Bu, mənim oxucu qarşısındakı etirafımdır…



Oxunub: 855

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax