Nəsr

Ürəyimə olan münasibət

Font:      

Payızın xatirələrlə dolu yarpaq tökümü başlayanda, sanki hər dəfə ürəyim bu kəlmələri söyləyir: «İlahi, mənə niyə belə tale vermisən?» Ona ruh gətirən təbiəti könlüm zərif hisslərlə duyur. Təbiətdəki daimi canlılıq onu heyrətə gətirir; meşənin dərinliyindəki yüzillik şabalıd ağacları və qoca palıdın dərindən nəfəs alması və sairə... O, etinasız müşahidəçi deyil: həmçinin bəxt yollarımızı da müəyyən məqsədə doğru götür-qoy edir. Onda bəs ürəksiz bizim mövcudluğumuzun nə mənası var? Axı bizi əhatə etmiş hisslərin cilovundan yaxa qurtarmadan könlümüzü hansı istəklə ruhlandıra bilərik… Bütün bunlardan sonra ürəyimin yanğısını susuzluğumla necə yatırdım? Ümidim yalnız bir şeyə çatır, o da ki, Allaha şükür etməkdir...
Mən dənizi ehtirasla sevirəm. Onu seyr edərkən qəlbimin tənha əksilə üz-üzə dururam. Ölərkən də həmişə könlümün dərya qədər sonsuz məhəbbətini görmək istəyərdim. Bu sıxıntılı sığınacaqda ona baxarkən dillənəcəkdim: «Həyatla bağlı arzularınla vidalaş, yazıq və yorğun ürəyim. Sən o qədər əziyyət çəkmisən ki...»



Oxunub: 909

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax