Nəsr

Mənim balıqlarım

Font:      

İsti avqust ayı idi. Evdə tək oturub darıxırdım. Başımı bir şeylə qatmaq istəyirdim. Duyğularımdan ibarət hisslərimi bir dəftərçəyə köçürmək qərarına gəldim. Əlbəttə ki, bu, gələcək üçün yaradıcılığımın ilki olacaqdı!
…Akvariumda rəngbərəng balıqlarım vardı. Bəzən onlara lazımınca qayğı göstərə bilməsəm də, onlara çox bağlı idim. Bir neçə gün təhsilimlə bağlı imtahan ərəfəsi olduğu üçün onları yedizdirməyi belə unutmuşdum. Səhər universitetdən qayıdarkən atamı akvariumun qarşısında yorğun vəziyyətdə oturan gördüm. Lap mat qalmışdım. Yəqin burada nə isə bir dolaşıqlıq var – deyə, düşündüm. Amma atam ağzımı açmağa macal verməyib, əlini çiynimə qoyaraq dedi:
– Oğul, heyvanlara qulluq göstərə bilmirsənsə, onları evə gətirmə. Əgər onların necə əzab çəkərək öldüklərini öz gözlərinlə görsən, bir daha belə iş tutmazsan. İndi isə get, amma dediklərimi də unutma.
Sonradan bildim ki, atam balıqların aclıqdan necə məhv olduqlarını görcək, onların hər birisinə tənək dolması yedizdirib. O bunu necə edib? Əvvəlcə tənəyi açıb, sonra ətdəki düyüləri çıxararaq bir-bir balıqların ağzına dürtüb. Odur ki, həmin gündən etibarən mən də balıqlarımla həmişəlik vidalaşdım.



Oxunub: 732

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax