Nəsr

Mənim atam

Font:      

Mənim on yaşım olanda atam həyatının tam çiçəklənmə dövrünü yaşayırdı. Yadımdadır, 1969-cu il olardı, mən onun Moskvadakı TSXA zalında nitqini dinlədim. Bu məlumatın dəqiqliyinə təminat verə bilməsəm də, çox güman ki, öz yaddaşıma da güvənə bilmərəm. Yaddaş xain şeydi, o, yalnız gizlənərək dolaşıqlıq salmır, eyni zamanda bizi yolumuzdan yayındıraraq özündən yeni fikirlər icad edir.
Tərəddüd etmədən deyə bilərəm ki, atamın alovlu kəlmələri məni son dərəcə həyəcanlandırdı. Onu dinləyərkən uşaqda yarana biləcək belə bir dərin müstəsna fikrə gəldim ki, atamın çıxışı natiqlik məharətidir. Atama qədər digər natiqlər də çıxış etmişdilər, ancaq məndə zərrə qədər də olsun təəssürat oyanmadığından onları sadəcə xatırlamaqdan savayı heç nə deyə bilmərəm. O vaxt fikirləşdim ki, qabiliyyət insana Allah tərəfindən verilir, Tanrı onu öz istəyinə görə paylayır və o hər vaxt adamların istəyilə üst-üstə düşmür.
Atam gələcək üçün yaranmışdı. Bu dünyaya beş-altı yüz il sonra, dünyanı yalnız mənəvi qüvvələr idarə etdiyi bir zamanda gəlməli idi.



Oxunub: 735

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax