Məqalələr

Beyin. İnsanın emosional vəziyyəti. (Məqalə-IV)

Font:      

Bizi əhatə edən dünya izahını tapmamış sirr və müəmma ilə doludur. Yer üzündə yaşayan bütün insanlar ümumi göstəricilərə, identik genetik xüsusiyyətlərə və eyni fizioloji quruluşa malikdirlər,amma bu ümümiliyə baxmayaraq fərqli düşüncə, həyata baxış və emosiya sahibdirlər.
Hansı səbəbdən yüksək intellektual səviyyəli cəmiyyətdə insanlar arasında bu qədər bilik və qabiliyyət fərqi nəzərə çarpır? Bu məsələdə əsas rol, fikrimcə, insan beynin xüsusiyyətlərinə və qabiliyyətlərinə aiddir. Bu prosesi yaxından izləyək. Beynin potensialına və beynin onu əhatə edən ətraf mühütdən aldığı informasiyanın həcminə baxmayaraq qəbul edilmiş bu informasiyanın hər ayrıca vahidi fərqli fikirlər və emosiyalar oyadır. Bu nədən baş verir?
Düşünürəm ki, insan fikrinin bu rəngarəngliyi birbaşa insan genetikasında təməli qoyulan emosional statusla bağlıdır. Bütün ömrü boyu – doğulduğu gündən ölənə qədər insan müxtəlif emosional vəziyyətlərə düşür. Və bu emosional vəziyyətlərin hər biri insanda onun orqanizminin daxili vəziyyəti ilə həmahəng olan adekvat fikirlər oyadaraq müəyyən qərarlar verməyə sövq edir. Artıq qeyd olunmuşdur ki, insan beyni çox sayda informasiya qəbul edir. Hər qəbul olunan informasiya beynin emosional statusuna uyğun şəkildə qeyd olunur və analiz edilir. Məhz öz emosional və ruhi vəziyyətinə görə insan həyatını qurur və yaşayır. Bu səbəbdən, uşaqlarımızda insani keyfiyyətləri tərbiyə edərkən hər birimiz beynin emosional vəziyyətini nəzərə almalıyıq və onların ətrafında yalnız müsbət emosiyalar yaratmalıyıq ki, cəmiyyət üçün layiqli insan yetişdirək. Yaxşı və müsbət emosiyalar insan üçün xoşbəxtlikdir.

2010-05-10



Oxunub: 3391

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax