Məqalələr

Beyin. Klinik ölüm vəziyyəti.(Məqalə-II)

Font:      

Bütün həyatı boyu insan sirr və möcüzə axtarışında olur. Hərçənd ki, həyatda möcüzə olmur,amma qeyri-standart və izah olunmaz nə varsa möcüzə kimi qəbul edilir. İnsan bir şeyi anlamalıdır ki, möcüzəni kənarda deyil, özündə axtarmalıdır, çünki o özü Tanrı tərəfindən ən böyük möcüzə kimi yaradılıb. Biz maddi dünyada yaşayırıq, hər tərəfdən materiya ilə əhatə olunmuşuq və təbii ki, qarşılaşdığımız möcüzə də bu dünyadan olmalıdır. Amma çox zaman hər şey ayrı cür baş verir. Maddi dünyada yaşayan insanlar hansısa səbəbdən çalışırlar ki, axtarışlarını başqa yerlərdə, məkanlarda, ölçülərdə aparsınlar, yəni fantaziyalar aləmində və bunun nəticəsi kimi onları narahat edən suallara cavab tapa bilmirlər.
Belə hər zaman maraq doğuran məsələlərdən biri də klinik ölüm vəziyyəti haqqındadır. Məhz bu barədə olan fikirlərimi bölüşmək istəyirəm. Klinik ölüm haqqında çox yazılıb və çox qəribədir ki, demək olar ki,yazılanların hamısı eynidir –şahidlərin görüntüləri, bu zaman hiss etdikləri: tunel və tunelin sonunda işıq, bu işığa doğru getmək istəyi.
Mənim fikrimcə, klinik ölüm vəziyyətində olan görüntülər beynin məhsuludur, yəni insanın bu vəziyətə keçidini asanlaşdırmaq məqsədi ilə beynin formalaşma dövründə ora daxil edilən qısametrajlı film kimidir. Klinik ölümdən sonra həyata dönən insanın yaddaşında keçirdiyi şokun dəhşətləri deyil, izlədiyi müxtəlif rəsimlər qalır. Məncə, beynin bu reaksiyası fiziki ölüm zamanı deyil, ancaq klinik ölüm vaxtı yaranır.Orqanizmin ölümü – genetik proqramdır, yəni məhv əmri gələn kimi orqanizm resurslarını tam istifadə etməmiş ölür. Çox güman ki, bu prosesdə orqanizmin başqa mexanizmləri də iştirak edir. Klinik ölüm vəziyətində beyin orqanizmdəki bütün proseslərə kontrol edir və onu şokdan qorumaq üçün belə “sakitləşdirici” mexanizmi işə salır. Beynin adi həyatda da müxtəlif stres vəziyyətlərdə, depresiyalarda orqanizmə yaşamağa yardım edən belə qoruyucu mexanizmləri az deyil. Məsələn, ağır şok yaşamış insan öz aləminə, istək- arzu dünyasına çəkilir və bu mexanizmin köməyi ilə sakitləşir, yəni beynin bu funksiyası orqanizmi qorumağa yönəlib. Bütün bu beyin mexanizmləri beynin informasiya, emosiya statusu əsasında formalaşır. Bunun vasitəsi ilə insanın musiqi, bədii yaradıcılıq qabiliyyətləri formalaşır.
Və sonda qeyd edim ki, həyatda ən böyük möcüzə - insan beynidir.

2010-05-10



Oxunub: 3479

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax