Məqalələr

Viruslu infeksiyalara immun cavab

Font:      

Məlum olduğu kimi, bütün mikroorqanizmlər kimi viruslar da spesifik struktura malikdirlər və onlarla mübarizə aparmaq üçün zahiri görünüşlərini bilmək azdır, onların həm də canlı orqanizmdə fəaliyyət prinsiplərini də bilmək gərəkdir. Tibbin arsenalında hazırki durumda herpes kimi virusları öldürən konkret preparat yoxdur, ancaq onların inkişafının qarşısını alan preparatlar mövcuddur. Təbiətdə küllü miqdarda viruslar mövcuddur, lakin onların az miqdarı elmə məlumdur, misal üçün tək bir herpesin 80 növü var ki,bundan 9 –u insanlarda olur. Hər bir növ özünəməxsus struktura malikdir ki, bu səbəbdən də onlarla mübarizə aparmaq çətindir, amma vacibdir. Müxtəlif növlər ayrı simptomlar (angina, qastrit, nevralgiya, hətta allergiya ) şəkilində təzahür edib istənilən orqanı zədələyə bilər və ağır xəstəliklərə səbəb ola bilər. Əlbəttə , insanın orqanizmində patogen viruslara qarşı immun sistem mövcuddur ki, bu da bu cür provokasiyalarla mübarizə aparır. Düşünürəm ki, bu sistemin qoruyucu mexanizminin məhzi ondan ibarətdir ki, «çağrılmamış qonaqlar» la mübarizə aparan orqanizm beynə siqnal ötürür və bunun nəticəsində orqanizmdə yaranan anticismlər öz növbəsində hücumun qarşısını alırlar. İmmun sistemində zülallar var ki, onları bu sistem müxtəlif vəziyyətlərdə istifadə edir və özü üçün müəyyən kombinasiyalar düzənləyir və orqanizmə yad cism düşdüyü zaman anında həyacan siqnalına zülalların müəyyən kodlaşmasını göndərir – hər antigenə qarşı öz kombinasiyası olur və beləliklə də anti cismlər əmələ gəlir.
Alimlərin fikrincə viruslar immun sistemi zəiflədiyi zaman aktivləşir. Əlbəttə, viruslarla mübarizə tibbdə bir o qədər də uğurlu alınmır, ancaq bu istiqamətdə işlər bir an belə bitmir. Ancaq qeyd etmək istərdim ki, bu sahədə araşdırmalar yalnız bir rakusda aparılır. Məncə, insan orqanizminə təbiətinə görə yaxın və daha ziyansız preparatların və maddələrin qəbulu daha məntiqlidir. Bu tipli preparatlara bitki mənşəli preparatları və hər gün qəbul etdiyimiz gida və gida maddələrini aid etmək olar. Məncə, yalnız mikroorqanizmlərin yüksək dayanaqlığını deyil, eləcə də onların davranış xüsusiyyətlərini də, yəni düşünmək qabiliyyətini də nəzərə almaq gərəkdir. Mən istisna etmirəm ki, viruslar birbaşa beynin informasiya sistemi ilə bağlıdır, yəni korrelyasiya var və bu səbəbdən də bu viruslar özlərini ona görə aktivləşdirmirlər ki,immun sistemi zəifləyir, ona görə bunu edirlər ki, beynin informasiya sistemi bu siqnalı verir. Buna bənzər neqativ siqnalları beyin hüceyrələrindən alan viruslar orqanları həmlə edirlər, yəni orqanizm özü-özünü psixoloji olaraq xəstəliyə yönləndirir. Misal üçün, herpes virusuna tutulmuş iki insanı müqayisə edək. Birində bu xəstəliyin heç bir təzahürü yoxdur, çünki bu insan virus daşıyıcısı olduğunu bilmir belə, ikincisi daima bundan əziyyət çəkir, belə ki, xəstəlik haqqında xəbərdardı və onun barəsində düşünür və onu hər zaman gözləyir. Qeyd edək ki , bu zaman virusların sağalmaz olması haqqında fikir formalaşdıran ictimai həyat qaynaqları – radio, Tv, elmi ədəbiyyat tərəfindən edilən təzyiqlər də az rol oynamır. .Belə ki , bu virusa yoluxmuş insan özünü bu xəstəliyin sağalmayacağına kökləyir və virusa şərait yaradır ki, orqanizmi içəridən parçalasın. Bu fikri inkişaf etdirərək, mən əminliklə qeyd edim ki, əgər viruslar beyinlə bir informasiya dalğasında ola bilirlərsə, demək ətraf mühütün informasiya qatı ilə də birbaşa əlaqələri var. Və belə əlaqə varsa, viruslarla psixoloji mübarizə metodları haqqında düşünməyə dəyər, çünki onların məhzi ondan ibarətdir ki, insanı müsbət dalğaya kökləsinlər və viruslara insan nəsli üzərində qələbə çalmağa şans verməsinlər .
Viruslarla mübarizədə uğurlu nəticələr əldə etmək üçün, fikrimcə , bir frazada –sağlam həyat tərzi sözdə deyil gerçəkdə - birləşə biləcək bütöv bir şərtlər kompleksinə riayət etmək gərəkdir. Bu kəlmənin altında ilk növbədə mənəvi ruhun yüksəlməsinə səbəb olan psixoloji autotrening və daha sonra öz sinir sisteminə diqqət, mühüm fizioloji yuxu, istirahət, düzgün gidalanma, idmanla məşgul olmaq kimi qulluqlar nəzərdə tutulur. Hər belə bir prinsip elmi cəhətdən əsaslandırılmışdır və əgər bu şərtlərin hər birinə əməl olunarsa immun sisteminin işini «norma» rejimində tənzimləmək olar. Çünki bütün bunlar hər bir tibb mütəxəssisinə yaxşı məlumdur və onların hər biri bunları ancaq yardımçı müalicə kimi öz pasiyentlərinə tövsiyə edirlər. Bəs nəyə görə bütün bunlardan – təbii nə varsa istifadə etməyək, hansı ki, bu orqanizmə viruslu xəstəliklərlə effektiv mübarizə aparmağa köməklik edir və onu kimyəvi, sintetik preparatlar kimi məhv etmir.

2010-05-10



Oxunub: 579

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax