Şerlər
Cığırlar
Font:
Yollardan cığırlar ayrılır,
Cığırlar yollardan sıyrılır.
Yollardan cığırlar-
od alıb gedirlər.
Haradasa zəncir tək
qırılıb-tökülər cığırlar,
Haradasa divar tək
köhnəlib sökülər cığırlar.
Düzləri keçərək, dağlara dırmaşar
cığırlar,
Kolları biçərək
dağlara sarmaşar cığırlar.
İstidə büzüşüb donarlar,
Şaxtada alışıb yanarlar
cığırlar.
Büdrəyər, yıxılar,
Bəzən də, bir kibrit çöpü tək
alışıb sönərlər;
cığırlar yollardan ayrılıb
özləri yollara dönərlər...
Oxunub: 849
Şərhlər: 0 Bu məqaləyə fikir bildir və ya şərhlərə bax
|