Şerlər

Həyat hekayəsi

Font:      

Salam, dostum!

Yenə gözlərin yaş içində,

ürəyin titrəmədə…

Yaxşısı budur,

bu başdan o başacan,

əvvəldən axıracan

dala baxıb,

süzmə həyatını,

üzmə özünü…

Yoxsa,

qəlbini deşər

kədər səsi.

Unut ağlamağı!

Bədlik haqlamasın səni.

Onsuz da

ölməzdir yaşamaq həvəsi,

adamın-adamla bəhsi,

ya da ki, dəli bir maraqla

hər şeyi öyrənmək istəməsi.

Sonra da

sevda, zülm və həyat hekayəsi...



Oxunub: 872

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax