Şerlər

Eşiyə çixmağa həvəsim var

Font:      

Yağmayacaq ağ yağışlar,

Məni tutmayacaq qarğışlar,

Üstümə axacaq alqışlar.

Eşiyə çıxmağa həvəsim var.



Siqareti at dedilər, atdım,

Vaxtında yat dedilər, yatdım,

Getdiyim yerlərdən qayıtdım.

Eşiyə çıxmağa həvəsim var.



Almalı şeyləri almadım,

Qalmalı yerlərdə qalmadım,

Dolmalı qədəhlər dolmadı.

Eşiyə çıxmağa həvəsim var.



Gecələr əlimdən bezmirlər,

Hədəflər oxumu üzmürlər,

Yoluma daş-kəsək düzmürlər.

Eşiyə çıxmağa həvəsim var.



Yolumu gözlərmi şəhərlər,

Köhlənsiz qalarmı yəhərlər,

Qeydimə qalarmı səhərlər?

Eşiyə çıxmağa həvəsim var.



Oxunub: 790

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax