Məqalələr

Ruh və DNT

Font:      

İnsan ruhunun DNT ilə birbaşa mövcud olan əlaqələri haqqında olan ehtimallarımı nəzərinizə çatdırmaq istərdim.
Məlum olduğu kimi, doğulan insanlar genetik baxımdan fərqli ola bilməz. Çünki doğulan bütün insanların malik olduğu genetik yaddaşın ana xətti eynidir. Doğulan bütün insanların genetikası eyni olduğu kimi, onlara verilən genetik informasiyanın da məzmunu identikdir. İnsanlarda mövcud olan müəyyən genetik fərqlər sonradan yaranır. Bir yumurtadan döllənmiş əkizlərin genetik kodu digər insanların genetikası ilə eynilik təşkil edir, lakin bütün insanlarda mövcud olan bu eynilik bir müddət keçdikdən sonra müəyyən dərəcə dəyişir.Belə dəyişmənin səbəbi nədir? Bu məsələni öyrənən bəzi alimlərin fikrincə, əkizlərdə baş verən dəyişikliklər onları əhatə edən xarici mühitin təsiri altında yaranır. Mən bu fikrə bir az şübhəli yanaşardım,çünki əkizlər həyatlarının ilk dövrlərindən yeniyetməlik dövrünə qədər eyni evdə yaşayır, eyni məktəbdə oxuyur, eyni insanların əhatəsində böyüyürlər- onların böyüdüyü mühit və şərait eynidir.Deməli, xarici mühitin əkizlərin şəxsi keyfiyyətlərində və vərdişlərində yaranacaq fərqlərlə heç bir əlaqəsi yoxdur.
Elmi araşdırmalar nəticəsində müəyyən olmuşdur ki (A.Ceffris), insanlar arasında olan fərq 0,01% təşkil edir, bu minimal fərqin xromosomların müəyyən hissələrində( lokuslarında) yerləşməsi məni çox maraqlı ehtimallarla qarşılaşdırdı. Mənim fikrimcə, insanda sonradan yaranmış fərqlər öz individual və spesifik genetik proqramına malik insan ruhunun təsiri altında yaranır.Məhz bu səbəbdən də,eyni genetikaya mənsub olan bütün insanlar xasiyyətlərinə və həyat məqsədlərinə görə müxtəlifdirlər. Bununla əlaqədar olaraq bildirmək istərdim ki, məhz özündə şüuru, nəfsi birləşdirən insan ruhu maddi bədəni özünküləşdirərək ona individuallıq və bənzərsizlik verir.
İnsan bədəni ruh üçün libas rolunu oynayır və sonradan əmələ gələn insan siması ruhun təsiri altında olur. Burada belə bir məqamı nəzərə almaq lazımdır ki, ruh maddi bədəndə insan hələ ana bətnində olarkən əmələ gəlir.Bəlkə də, DNT-də olan həmin fraqment özü də sonradan dəyişikliyə uğrayır. DNT-də olan həmin fraqmentlər hər- bir insanın individuallığının göstəricisi olan- insan ruhudur və ya insan ruhu elə həmin fraqmentlərdə yerləşir.Bu ehtimal nə qədər qeyri-adi olsa da, bir o qədər həqiqətə uyğundur.



Oxunub: 3301

Şərhlər: 2
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax