Məqalələr

Kainatın yaradılması Tanrının fikridir

Font:      

Əvvəlcə Söz vardı – və bu Söz Yaradanın sözü idi. Bu Söz, elə Allah sözünün özü idi. Biz bu deyilişə sadəcə bir az düzəliş verərək, aydınlıq gətirmək istərdik. Bəlkə də, söyləyəcəyimiz fikir, əvvəlki fikirlə oxşarlıq təşkil edir.
Bütün kainatın Tanrı tərəfindən yaradıldığını qəbul edib, prosesin başlanğıcına, mənbəyinə baxmağa cəhd göstərək. Ali İlahi Qüvvənin kainatı və həyatı yaratmaq Fikri vardı. Buna görə də, O, istədiyini həyata keçirməyə başladı və ilk yaratdığı Səs oldu. İndi qəbul edək ki, Səs, Söz və Fikir eyni məfhumu ifadə edir. Allah fikri ilə zənginləşən Səs İşığı yaratdı. İşıq yaradılana qədər Qaranlıq vardı. Adi həyatda İşığın gücünü və nəhəngliyini biz ancaq qaranlıqda izləyə bilərik. Kainat özü Qaranlıqla İşığın birbaşa, daimi təmasıdır və bu səbəbdən də, bu iki məfhum bir-birini tamamlayır. Kainatın yaranışının bütün prosesləri isə Vaxtla müşayiət olunurdu.
Allahda olan Fikir maddiləşdi və materiya formasını aldı və Onun bundan sonra yaratdıqları, bir daha fikrin reallaşdığını sübut etdi. Kainatın yaranmasında gedən proseslər sübut edir ki, bu yaranışın təməlində Səs, Fikir, Vaxt, İşıq və Qaranlıq əsas rol oynamışlar. Məhz onlar, Yer kürəsinin yaradılmasının müxtəlif proseslərində iştirak edirdilər. Sonradan, bu prosesə Su və Külək də qatılıblar.
Bu iki məfhum müasir dövrdə də, insan arzusunun reallaşmasına təsir edən əsas faktorlardandır. Əgər İnsan hər hansı bir fikri həyata keçirə bilməyibsə, bu o deməkdir ki, Vaxt və Şərait hələlik buna imkan vermir. Ancaq Fikir insan tərəfindən “atılıbsa”, o mütləq həyata keçəcək. Bizim hər birimizin fikirləri maddidir, bu isə Yaradana məxsus bir xüsusiyyətdir. Allahın Kainatı yaratmaq fikri reallaşıbsa, belə olan halda, insanın da istəkləri müəyyən vaxt çərçivəsində reallaşmalıdır və hər bir insan nəyəsə nail olmaq üçün əvvəlcə onu ürəkdən istəməlidir.

03.09.2009



Oxunub: 2832

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax